Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir şəhərinin orta məktəbləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
2020-ci ilin 21 iyul tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir şəhərinin orta məktəbləri arasında potensial əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib. Mingəçevir şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə virtual formatda baş tutan görüşdə MDU-nun rektoru Şahin Bayramov və Mingəçevir şəhərində yerləşən 21 orta təhsil müəssisəsinin direktorları iştirak ediblər. Tədbiri açan Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov […]