DOST iş mərkəzindən şikayətçilər
“Getdim sevincək özümə otbiçən də aldım. Pulu da sələmə götürdüm ki, işlədikcə verərəm. O aparat olmasaydı, dəryazla biçməliydim otları. Mən bilmədim ki, bizi iki aydan sonra işdən çıxaracaqlar.” – 31 yaşlı Mingəçevir sakini Ramin Rüstəmov BBC News Azərbaycancaya deyir. Ramin Rüstəmov aprel ayında DOST İş Mərkəzinin Mingəçevirdə “iki aylıq müqavilə ilə” işə götürdüyü 183 nəfərdən […]