Browsing daily archive

İyul 23, 2020

Azərbaycan dövləti ölkə vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır

Azərbaycan torpaqlarının 20 faizini işğal edən, davamlı olaraq sərhəd bölgələrinə silahlı hücumlar edən erməni daşnakları insanlara xəsarət yetirməkdən başqa  həm də maddi ziyan vururlar.  Düşmənin atəşkəs rejimini pozması səbəbindən sərhəd bölgələrimizdə obyektlərə, evlərə, əkin sahələrinə, mal-qaraya dəyən ziyan  burada yaşayan sakinlərin maddi durumunu da pis vəziyyətə salır. İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz […]

Gənclər mətbuat işçiləri ilə müzakirə apardılar

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və Mingəçevir şəhər ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə “Mətbuatın bu günü” adlı onlayn görüş keçirilib. Görüşdə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri, müəssisənin əməkdaş və könüllüləri, Mingəçevir Dövlət Universitetinin tələbələri, ASAN Xidmət Mərkəzinin əməkdaş və könüllüləri iştirak edib. Görüş zamanı açılış nitqi ilə […]

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi polis nəzarətinə götürüldü

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. […]

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü 3000 manat cərimələndi

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes”markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib. […]