Browsing daily archive

İyul 5, 2020

Qanunsuz fəaliyyət göstərən trenajor zalı aşkar olundu – YEVLAXDA

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub. DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan APA TV-yə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Məkana baxış zamanı […]

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin […]

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib. Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib. Faktla bağlı […]

8 yaşlı Bakı sakininin Mingəçevirdə attraksionda oynayarkən qolu sınıb

Bakı sakini, 2013-cü il təvəllüdlü Alızadə Orçin Xəyyam oğlu Mingəçevirdə attraksionda yelləncəkdən yıxılaraq xəsarət alıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayı sahilindəki Sahil parkında baş verib. Hadisə nəticəsində 8 yaşlı O.Alızadənin qolu sınıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.