Browsing daily archive

İyul 1, 2020

Xəstəlik yaradan şirin sular

Qızmar yayda ən çox tələbat duyulan məhsul sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içənlərin əksəriyyəti isə bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir… Dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda  ölkədə su istehlakçılarının aldadılması prosesi baş alıb gedir. Küçələrdə satılan rəngli […]

QAC 120 ailəni sevindirdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və  Qızıl Aypara Cəmiyyətinin xətti ilə şəhərdə 120 imkansız ailəyə – ailə vəziyyəti ağır olan, nənə-baba himayəsində yaşayan uşaqlara,  xəstələrə və digər kateqoriyadan olan şəxslərə  gigiyenik bağlama çatdırılıb. Eyni zamanda küçə və marketlərdə insanlara, xüsusən valideynlərə COVİD-19-a yoluxmamaq üçün məsləhətlər verilib və bukletlər paylanılıb.

Mingəçevir Dövlət Universiteti Litvanın Mikolas Romeris Universitetilə əməkdaşlıq edəcək

2020-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Litvanın Mikolas Romeris Universiteti (MRU) arasında əməkdaşlığın yaradılmasına dair görüş keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov və MRU-nun rektoru İnga Zaleniene iştirak ediblər. Görüşü açan MDU-nun rektoru iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafı sahəsində əldə olunmuş uğurlardan və […]

Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020” tədbiri keçirilib

29 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü – 2020” tədbiri keçirilib. “Zoom” platforması üzərindən online formatda keçirilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər. “Məzun günü – 2020” tədbirində çıxış edən MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bakalavriat və magistratura səviyyələri […]