Browsing monthly archive

İyun 2020

Karantin rejimini yenidən sərtləşdirməyə zərurət yaransa da, həyat davam edir

Azərbaycan Respublikasında koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayında ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə tətbiq edilən xüsusi rejim  müsbət nəticə verib.  Pandemiyanın ilk günlərindən Hökumətin qəbul etdiyi qərarlar və karantin   rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.  Elə bu səbəbdən də karantin rejimindən mərhələli şəkildə çıxmağa başlanılıb. Ölkəmizdə pandemiya ilə […]

Mingəçevir Dövlət Universitetində ilk “Açıq qapı” günü keçirilib

2020-ci il 4 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası ilə əlaqədar tələbələrin və onların valideynlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günü MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunub. Semestr […]

Polis sahə rəisi və əməliyyat müvəkkili vəzifələrində çalışmaq istəyirsinizsə, bu şansı əldən buraxmayın

Respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi və əməliyyat müvəkkili vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir. Cəmi  100  vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə […]

Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

2020-ci il 2 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq işləri çərçivəsində rektor Şahin Bayramovun MDU-nun professor-müəllim heyəti ilə görüşü keçirilib. “Microsoft Teams” platforması üzərindən virtual formatda keçirilən görüşdə bütün kafedraların və dekanlıqların əməkdaşları iştirak ediblər. MDU-da məsafədən təhsilin təşkilində fəal iştiraklarına görə professor-müəllim və inzibati-texniki heyət üzvlərinə təşəkkürünü […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır. Virtual […]

Mingəçevir Dövlət Universiteti: martın 17-dən mayın 31-dək 710 “videodərs” keçirilib

Mayın 31-də Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sonuncu dərsləri keçirilib. Universitetin rektoru Şahin Bayramov karantin rejimi dövründə tədris prosesi barədə İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibəsində bildirib ki, qlobal pandemiya ilə hamılıqla mübarizə aparıldığı ötən müddətdə qarşıya qoyulan əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarət idi: “Fikrimizcə, MDU ailəsinin bütün üzvlərinin […]

Goranboyun dağ kəndlərinə dolu yağıb

Təbiət hadisəsi Goranboy rayonunun Todan,  Mənəşli kəndlərinə ciddi ziyan vurub. İri buz parçaları Todan kəndində taxıl, kartof və meyvə bağlarını yararsız hala salıb. Kənd sakinləri bildirdiklərinə görə, əvvəl yağış, ardından dolu yağıb. Dolu qısa müddətli olduğundan evlərin dam örtüklərinə ziyan vurmayıb. Hazırda rayon ərazisində yağmurlu hava müşahidə edilməkdədi.

“Little Free Library” artıq Naftalanda

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş ateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib. Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək. Məqsəd əhalinin kitaba marağını artırmaqdır. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs üçün açıqdır. Kiçik kitabxanada Azərbaycan […]

Dilənçilər repetitor yanında olan uşaqların ayaqqablarını oğurlayıb

Mingəçevirdə bu gün səhər saatlarında M.Maqomayev küçəsində 5 mərtəbəli binanın beşinci mərtəbəsində yuxarı sinif  şagirdlərinin ayaqqabıları oğurlanıb. Onlar qapıda ayaqqabılarını soyunduqdan sonra repetitorun mənzilinə daxil olublar və məşğələ bitdikdən sonra evə getmək istəyəndə ayaqqabılarını tapmayıblar. Qonşuların dediyinə görə, bir az əvvəl bir neçə dilənçi həmin binaya dilənmək üçün gəlib və qapıları döyüb. Səsə -küyə çıxan […]

STP Qazaxıstana Alüminium profil ixrac etməyə başlayıb

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Almatı şəhərinə ilkin olaraq 20 ton məhsul göndərib. Əməkdaşlıq çərçivəsində imzalanan müqavilə mütəmadi satışı nəzərdə tutur.  STP fəaliyyəti ərzində Qazaxıstana bir sıra ixrac əməliyyatlarını reallaşdırsa da, bu alüminium profillərin həmin ölkəyə ilk ixracıdır. Azərbaycan istehsalı alüminium profillərin Qazaxıstan bazarında satışlarının zamanla artacağı gözlənilir. Texnopark ötən ay Qazaxıstanla yanaşı Misir, Türkiyə […]