Browsing monthly archive

İyun 2020

Ölkə Prezidentinin mövqeyi Azərbaycan həqiqətlərinin dünyaya ismarıcıdır

Azərbaycan əsrlər boyu düşmən təcavüzünə məruz qalsa da xalqımızın fədakar  övladlarının qəhrəmanlığı sayəsində həmişə qalib olub. İyirminci əsrin sonlarında keçmiş SSRİ-nin tərkibində olan Azərbaycana qarşı bədnam qonşular tərəfindən edilən soyqırım və qətl hadisələri zamanı minlərlə azərbaycanlı qətlə yetirilib, əsir götürülüb, yandırılıb, olmazın işgəncələrə məruz qalıb. Bu elansız döyüşlərdə minlərlə Vətən övladı şəhid olub, torpaqlarımızın 20 […]

Meşə yanğınları bütün yaşıllığı məhv edir, bəzi hallarda isə insan itkisi ilə nəticələnir

Təbii hadisələrin tüğyan etdiyi müasir dövrümüzdə heç kim unutmamalıdır ki, hər bir insan bilavasitə və ya dolayı yolla meşələrlə əlaqədə olur, onun sərvətlərindən bəhrələnir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən […]

“ADAM kimi ADAM Şaiq Həmidov dünyasını dəyişdi”

Sonuncu dəfə 2018-ci ilin dekabrında qızımın Bakıda keçirilən toyunda görüşmüşdük. Mingəçevirdəki toydan fərqli olaraq, oğlan evinin məclisinə yaxın qohumlarımı deyil, seçmə dostlarımı dəvət etmişdim. Neçə saat söhbət etdik, mingəçevirlilərin Bakıda gördüyü işlərdən, şəhərimizlə bağlı planlarından danışdıq. Tez-tez yazışırdıq. Mayın 24-də WhatsApp-da Ramazan bayramı münasibətilə təbrik göndərmişdim: “Allah dualarınızı qəbul,  evinizi ruzili-bərəkətli,  canınızı sağ eləsin. Bayramınız […]

Mingəçevirdə strateji əhəmiyyətli körpü niyə qorunmur?

Mingəçevir səhərindəki  A.Məmmədov küçəsi, 7a, mənzil 57-də yaşayan, 2005-ci il təvəllüdlü Ataşova Gülşən Azər qızı Texniki Humanitar Liseyin 9-cu sinif şağirdidir. O, iyunun 6-da,  səhər saat 6.10-da Kür çayının üstündəki körpüdən özünü suya atıb. “Asan Xidmət”də vəzifəsini yerinə yetirən Mingəçevir şəhər Mühafizə şöbəsinin əməkdaşı  Aslanov Elşad İsa oğlu hadisəni görən kimi elə xidməti paltarında suya […]

Subartezian quyularında SCADA sistemi tətbiq edilir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində yeniliklərə imza atır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, respublika ərazisində əkinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 2018-2019-cu illərdə qazılan subartezian quyularında SCADA sistemi […]

Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başa çatıb

“Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başa çatıb”. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, bunu stansiyanın direktoru Təhmasib Hüseynov bildirib. Onun sözlərinə görə, 2018-ci ilin ortalarında stansiyada baş verən qəza hər kəsdə ümidsizlik yaratmışdı. Lakin prezident İlham Əliyevin göstərişi ilə stansiyanın reabilitasiya planına müvafiq olaraq atılan addımlar son nəticədə öz müsbət nəticəsini verib: “Qısa zaman […]

Mingəçevir Dövlət Universitetinin magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

2020-ci ilin 29-31 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunmuş “II İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfrans” keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Paşa Holdinqin sponsorluğu ilə distant formada təşkil olunan beynəlxalq konfransda dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı məruzə ilə çıxış edib. […]

Həyat davam edir

Azərbaycan Respublikasında koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayında ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə tətbiq edilən xüsusi rejim müsbət nəticə verib. Pandemiyanın ilk günlərindən Hökumətin qəbul etdiyi qərarlar və karantin   rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə bu səbəbdən də karantin rejimindən mərhələli şəkildə çıxmağa başlanılıb. Ölkəmizdə pandemiya ilə […]

“Do-it-yourself”, yəni “Özün Yarat”

Azərbaycanda daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə yeni platforma istifadəyə verildi. Do-it-yourself (DIY), yəni “Özün Yarat” adlı platformanın istifadəçiləri, əşyaların təkrar istifadəsi üçün yeni saytda yaradıcı fikirlər tapa və paylaşa bilərlər. Ən yaxşı fikirlər 3000, 2000 və 1000 manat məbləğində mükafatlandırılacaq. Platforma, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və […]

Elman Rüstəmov həm oğurluq etməkdə, həm də narkotik vasitə daşımaqda ittiham olunur

Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası  və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə […]