Browsing monthly archive

İyun 2020

2025-ci ilədək kağız daşıyıcılardan canımız qurtara bilər

“Əslində mənim saçlarım yanmışdı. Amma sonradan bu imicdə texnoloji xəbər aparıcısı kimi üzə çıxmalı oldum. Həm də adamlar məni Sofiyaya oxşadaraq deyirdilər ki, niyə də bizim öz Sofiyamız olmasın?!”         “Rəqəmsal Jurnalistikaya doğru” Proqramı üzrə bu gün keçirilən təlimdə ilk məruzəçi qismində çıxış edən  İTV-nin aparıcısı Vüsalə Səid jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O, televiziya xəbərlərinin […]

Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan şəxs ev sahibinə xəsarət yetirib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsi 81 ünvanında baş verib. Həmin binanın ikinci mərtəbəsindəki 22 saylı mənzilə daxil olan naməlum şəxs ev sahibi olan ahıl insanlara yardım məqsədilə gəldiyini deyib. Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb. Vəziyyətin qarət olduğunu anlayan xanımı  qışqıraraq kömək istəyib. […]

Öz yazımıza başqasının gözü ilə baxa bilsək…

Emin Musəvi: “Bu gün xəbəri qısa və hamının başa düşəcəyi formada yazmaq lazımdır”, “İxtisaslaşmış jurnalistika bütün dünyada prioritetdir”, “Siz kontektinizi daha maraqlı etsəniz, daha çox qazanarsınız. Məhdudiyyətlər barədə yox, imkanlar barədə danışın. Özünüzü və kontektinizi daha mükəmməl etməyə çalışın” Şəfəq Mehralıyeva: “Qısa yazmaq çox bacarıq tələb edir”, “Vikipediyada yazı üslubu rəqəmsal jurnalistika üçün yaxşı nümunədir”, […]

Mingəçevir su anbarında suyun səviyyəsi 2,4 m enib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ötən il bu hədd 73.36 metr idisə, hazırda 71.32 metr təşkil edir. Anbarda azalma davamlı olaraq müşahidə olunur. Təkcə dünən gün ərzində anbarın ümumi su səviyyəsi 3 sm-dək azalıb. Bu durum mənbəyini su anlarından alan Yuxarı Şirvan Kanalı kollektivini qənaət rejimi tətbiq etməyə sövq edib. Kanalın baş mühəndisi Əliqulu Abbasovun […]

Mingəçevir Dövlət Universitetində 15 İyun – Qurtuluş gününə həsr olunmuş tələbələr arasında stolüstü dama üzrə birincilik keçirilib

Mingəçevir Dövlət Universiteti İdman Sağlamlıq Kompleksinin təşəbbüsü ilə universitetin tələbələri arasında Microsoft Teams platformasında 15 İyun – Qurtuluş gününün 27-ci ildönümünə həsr olunmuş stolüstü dama üzrə yarış keçirilib. Yarışda istirak edən tələbə-idmançılar öz aralarında 3 oyun keçiriblər. Gərgin keçən mübarizə şəraitində yarışın qalibləri Əsasnaməsinə uyğun olaraq keçirdikləri oyunlarda qələbə qazandıqları partiyaların sayına və bu partiyalarda […]

COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər arayışı təqdim etməklə uçuşa buraxılacaqlar

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması […]

Külək ağacı avtomobilin üzərinə salıb

Hadisə Goranboyda baş verib. Qəfil güclənən külək iri tut ağacaını rayon sakininə məxsus “Vaz” markalı minik avtomobilin üzərinə aşırıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə kimsə olmayıb. Aşan ağac maşına ciddi ziyan vurub. Sakinlər bildirib ki, rayon ərazisində qəfil qasırğaya bənzər təbiət hadisəsinin ardından güclü yağış da yağıb.

Bütün rayonlardan meyvə-tərəvəzin Göyçaya daşınmasının səbəbi nədir?

Son illər ölkəmizdə meyvə-tərəvəz istehsalının artması bolluğun və ucuzluğun yaranmasına səbəb olub. Göyçay şəhərində meyvə-tərəvəz məhsullarının topdan və pərakəndə satış mərkəzi olan “Təzə bazar”dakı qiymətlər bölgənin bütün bazarları və mağazaları ilə müqayisədə daha əlverişlidir. Bu bazar Bakının, eləcə də Azərbaycanın bir çox şəhər və rayonlarının bazarlarını, eləcə də Göyçay və ətraf rayonlardakı böyük marketləri meyvə-tərəvəzlə […]

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 8-ci iclası keçirilib

  “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İdarəetmə Komitəsinin 8-cı iclası keçirilib. Onlayn keçirilən iclasa Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı qoşulub. Təhsil Nazirliyinin Aparat rəhbərinin […]

Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online formatda keçirilən imtahan sessiyası uğurla davam edir. “Microsoft Teams” platforması üzərindən şifahi formada təşkil olunan ikinci imtahan günündə ümumilikdə 34 qrup üzrə 573 tələbənin iştirakı nəzərdə tutulub. Məsafədən təhsil alətlərinin və informasiya-kommunikaya vasitələrinin tətbiqi ilə keçirilən imtahanlar akademik heyət və tələbələrin yüksək aktivliyi şəraitində keçir. Faktiki […]