Browsing monthly archive

İyun 2020

15 yaşlı gənc traktorun altında qalıb

Bərdənin Yeni Daşkənd kəndi ərazisində 15 yaşlı Məmmədzadə Elnur Siyavuş oğlu traktorun altında qalıb. O, otlaq sahədə işləyən zaman  traktor üzərinə aşıb. E.Məmmədzadə yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən  yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Avropa İttifaqının dəstəyi Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaqdır

Bugündən başlayaraq, Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertəri EkoPortalın idarə edilməsi üzrə online potensialın formalaşdırılması təlimi keçirəcəklər. Ətraf mühitə dair informasiyanın, o cümlədən su – planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyəti olan resurs haqqında informasiyanın paylaşılması təlimin əsas diqqət mərkəzində dayanacaqdır. Bu potensialın formalaşdırılması təlimi Avropa İttifaqının yaşıl […]

Gecə saatlarında vanna otağında yanğın baş verib

Mingəçevirdə,  V.Abdullayev küçəsindəki 5 saylı ünvanda yanğın baş verib. Şəhər Ynağından Mühafizə Xidmətinin məlumatına görə, beş mərtəbəli binanın 4-cü mərtəbəsində, mənzilin vanna otağındakı    elektrik havalandırma pərində yaranan qısaqapanma yanğına səbəb olub. Hadisə yerinə cəlb olunan 3 yanğınsöndürmə briqadası vanna otağında alovu söndürərək, yanğının digər otaqlara keçməsinin qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Rəqəmsal Jurnalistikaya Doğru necə addımlayırıq?

İyunun 20-də jurnalistlərin qatıldığı vebinar təlimdə günün aktual mövzularına yer ayrıldı. INNOLAND-ın direktoru  Məmməd Kərim start-up nədir sualına cavab Verdi. O, Azərbaycanda bu sahədə hansı uğurlar əldə edildiyindən, kimlərin start-up-çı ola biləcəyindən, ideyadan start-up-a hansı addım və prosesləri keçməyin və start-up-ın uğurlu olması üçün nələrə əməletməyin  vacib olduğundan danışdı. EHİM-in Data Mühəndisliyi şöbəsinin rəhbəri Toğrul […]

Bələdiyyə üzvləri yerli jurnalistlərlə görüşüb

Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev iyunun 19-da yerli media nümayəndələri ilə görüşüb. Sosial izolyasiyanı qorumaqla  keçən görüşdə bələdiyyə sədri qeyd edib ki, Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunmasa da, Şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrupun xəttilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl olunur: “Şəhər Bələdiyyəsi də əhali arasında tibbi […]

“İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında […]

Bu gün hər kəs evindən çıxmadan əksər işlərini görə bilər

İyunun 19-da jurnalistlər Elektron Hökumətin İnkişafı Mərkəzinin son illərdə həyata keçirdiyi uğurlu layihələrlə yaxından tanış ola biliblər. Onlara “ASAN ödəniş” və “ASAN Finans”,   “ASAN Viza”,   “e-agro”, “e-Satınalma”,   “e-Gov” və “ASAN Login”  barədə ətraflı bilgilər verilib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda hər kəsin hansısa dövlət kontoruna getmədən əksər işləri öz evindən-internet üzərindən həyata keçirməsi mümkündür. […]

2019-CU İLDƏ MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ ƏTRAF MÜHİTİN VƏZİYYƏTİ

Mingəçevir respublikanın sənaye mərkəzlərindən biri olmaqla bərabər həm də ən yaşıl və ekoloji cəhətdən təmiz şəhərlərindən biridir. Şəhərdə sənayenin əsasən elektroenergetika, kimya, yüngül, mədənçıxarma, maşınqayırma və başqa sahələri mövcuddur. Keçən əsrin 60-80-cı illərində xalq təsərrüfatının bütün sahələrinin durmadan inkişafı, o cümlədən bir çox sənaye müəssisələrinin tikilib istismara verilməsi nəticəsində istər-istəməz ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə gətirib […]

Mingəçevirdə yardım göstərmək adı ilə evə basqın edənlər saxlanıldı

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə  daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və kül alətlə qadına  xəsarət yetirib qaçması barədə məlumat vermişdik. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirildiyinə görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon […]

Ermənistanın daxili ictimai-siyasi vəziyyəti dövləti iflasa aparır

Ermənistan işğalçı dövlətdir. İyirminci əsrin son onilliyi ərzində bu daşnaksütun dövlətin rəhbərliyi və azğınlaşmış daşnakları Azərbaycan torpaqlarında yüzlərlə terror, qətl, işğalçılıq əməlləri törətməıklə minlərlə günahsız  insanın ölümünə və yaxud da torpaqlarından məcburi qaçqın və köçkün olmasına şərait yaratmışlar. Bu dövlət başdan-başa yalanlarla dolu təbliğatları, dünya dövlətlərinə saxta məlumatlar yaymaqla özlərini aciz və işğala məruz qalan […]