Browsing daily archive

İyun 13, 2020

COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər arayışı təqdim etməklə uçuşa buraxılacaqlar

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması […]

Külək ağacı avtomobilin üzərinə salıb

Hadisə Goranboyda baş verib. Qəfil güclənən külək iri tut ağacaını rayon sakininə məxsus “Vaz” markalı minik avtomobilin üzərinə aşırıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə kimsə olmayıb. Aşan ağac maşına ciddi ziyan vurub. Sakinlər bildirib ki, rayon ərazisində qəfil qasırğaya bənzər təbiət hadisəsinin ardından güclü yağış da yağıb.

Bütün rayonlardan meyvə-tərəvəzin Göyçaya daşınmasının səbəbi nədir?

Son illər ölkəmizdə meyvə-tərəvəz istehsalının artması bolluğun və ucuzluğun yaranmasına səbəb olub. Göyçay şəhərində meyvə-tərəvəz məhsullarının topdan və pərakəndə satış mərkəzi olan “Təzə bazar”dakı qiymətlər bölgənin bütün bazarları və mağazaları ilə müqayisədə daha əlverişlidir. Bu bazar Bakının, eləcə də Azərbaycanın bir çox şəhər və rayonlarının bazarlarını, eləcə də Göyçay və ətraf rayonlardakı böyük marketləri meyvə-tərəvəzlə […]

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 8-ci iclası keçirilib

  “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İdarəetmə Komitəsinin 8-cı iclası keçirilib. Onlayn keçirilən iclasa Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı qoşulub. Təhsil Nazirliyinin Aparat rəhbərinin […]