Mingəçevirdə avtomobil sürməyi öyrənən şəxs 13 nəfərə xəsarət yetirib
Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə Mingəçevir şəhərində Şəfa bağlar yaşayış massivində 4-cü küçədə baş verib. Hərəkətdə olan Opel markalı minik maşını idarəetmədən çıxaraq, küçədə Ramazan bayramını qeyd edən əksəriyyəti uşaqlar olan sakinləri vurub. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, qəzanı avtomobil sürməyi öyrənən qadın sürücü […]