Browsing monthly archive

Aprel 2020

Mingəçevir Dövlət Universiteti “Həkimlərimizə məktub yazaq” təşəbbüsünə start verir

Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasına qarşı hamılıqla mübarizə apardığımız mövcud şəraitdə ölkəmizin həkimləri və bütün tibb işçiləri xüsusi fədakarlıq göstərirlər. Məhz həkimlərimizin gecə və gündüz çalışması sayəsində infeksiyaya yoluxmuş onlarla vətəndaşamız sağalaraq öz doğmalarına qovuşmuşdur. Virusla mübarizədə öz sağlamlıqlarını təhlükə altına qoyan həkimlərimiz günlərlə doğmalarını görə bilmirlər. Bizləri evdə qalaraq sağlam qalmağa çağıran həkimlərimiz […]

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşüb

2020-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “İqtisadiyyat və idarəetmə” fakultəsinin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi mövcud şəraitdə tədrisin təşkili məsələlərinin müzakirə edilməsindən və tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub. Görüşü açan Ş.Bayramov tələbələrə koronavirusla mübarizə istiqamətində dövlətimizin həyata […]

“Küçələrə su səpmişəm…”

Apteklərdə maska tapılır, amma… İndi əhalinin daha çox getdiyi yerlərdən biri apteklərdir. Son günlərədək Mingəçevirin apteklərində maska qıtlığı yaşanırdı, amma hazırda vəziyyət stabilləşib. Şəhərin əksər əczaxanalarının qapıları gecədən xeyli keçənədək müştərilərinin üzünə açıqdır. İstənilən dərmanları da tapmaq mümkündür. Əgər müraciət edilən anda tapılmırsa, dərhal sifariş götürüb, bir neçə saata, uzağı növbəti günə gətizdirməyə boyun olurlar. […]

UNEC və MDU alimlərinin birgə “İdarəetmə təhlili” dərsliyi işıq üzü görmüşdür

Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Hacıyev Fazil Şöhlət oğlunun və Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qədimli Nüşabə Astan qızının “İdarəetmə təhlili” adlı dərsliyi nəşr olunub. “İdarəetmə təhlili” Azərbaycan Respublikası Təhsil Nazirinin 18.10.2019-cu il tarixli F-626 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir. […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş virtual elmi konfrans keçirilib

2020-ci ilin 10 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib. “Elm Günü”nə həsr edilmiş Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə universitet əməkdaşlarının və tələbələrinin elmi fəaliyyətinin davam etdirilməsinin vacibliyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına xüsusi önəm […]

Mingəçevir Dövlət Universiteti “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulur

Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünü dəstəkləyir, universitetin yaradıcı bacarıqları və xüsusi istedadı olan tələbələrini və əməkdaşlarını bu aksiyaya qoşulmağa dəvət edir. Təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, karantin müddətində evdə qalan insanlar hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial […]

Avropa İttifaqı 6 layihəyə 3,5 milyon avro ayırıb

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi məmnunluqla bildirir ki, kənd təsərrüfatı sahəsində ümumi dəyəri təxminən 2 milyon avro olan 4 qrant müqaviləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.  Qrantların məqsədi yerli qida konsepsiyalarını təşviq etməklə, eləcə də kənd təsərrüfatı üzrə yerli məsləhət xidmətləri şəbəkələrini yaratmaqla kənd əhalisinin gəlirlərinin gücləndirilməsi və diversifikasiyasıdr.  “Avropa İttifaqının regional və […]

Koronavirus: Aİ-nin pandemiya ilə mübarizə üzrə qlobal cavab tədbirləri

8 aprel 2020-ci ildə Avropa Komissiyası və Aİ-nin Ali Nümayəndəsi tərəfindən ittifaqın tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə dəqiq və məqsədyönlü tədbirlər planının işlənib hazırlanacağına dair məlumat açıqlanmışdır. Aİ-nin kollektiv fəaliyyəti dərhal diqqət tələb edən səhiyyə sahəsi ilə bağlı böhrana və onunla əlaqədar humanitar ehtiyacların aradan qaldırılmasına, tərəfdaş ölkələrin səhiyyə, su və […]

Həyətlərdəki avtomobillər fövqəladə hadisələrin qarşısının alınmasına maneçilk törədir

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib. Həyatımızın ilk və kaş ki, sonuncu olacaq karantin rejimli dövrünü yaşayırıq. Bu rejim daha çox diqqət, hər kəsə qayğı […]

190 manat kimlərə düşmür?

“Mingəçevir işıqları” qəzeti novator.az səhifəsinə istinadən bu barədə məlumatı oxucuları ilə bölüşür.  Baş nazir Əli Əsədovun aprelin 4-də təsdiqlədiyi planda muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi; fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi; sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi; dövlət əmlakını icarəyə götürmüş sahibkarlıq subyektlərindən icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması; zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının […]