Browsing monthly archive

Aprel 2020

Mingəçevirdə 64 yaşlı kişi kanalda boğulub

APA TV-nin yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Afiq Teymuraz oğlu Hacıyevin batması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Afiq Hacıyevin meyiti tapılaraq sahilə çıxarılıb və aidiyyəti üzrə […]

27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verildi

2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci […]

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb

  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib və onun barəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.

Mingəçevir Dövlət Universitetinin kollektivi Mingəçevirdə keçirilən qanvermə aksiyasında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən başlanılmış qanvermə aksiyasına Mingəçevir şəhər İcra Hakimiyyəti də qoşulub. 2020-ci ilin 22 aprel tarixində keçirilmiş qanvermə aksiyasında Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının, Mingəçevir şəhər bələdiyyəsinin, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının və digər qurumların əməkdaşları ilə bərabər Mingəçevir […]

Karantin günlərində də seçildik: Qalib yerin 2-sinə “Mingəçevir işıqları” sahib oldu

Bir müddətdir ki, Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə  həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirilir. Təşəbbüs çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün […]

Yuxarı Qarabağ kanalında suyun səviyyəsi 1 metrədək düşüb

Yuxarı Qarabağ kanalında suyun səviyyəsi 1 metrə qədər aşağı düşüb. Bu barədə APA-nın Mingəçevir bürosuna Yuxarı Qarabağ kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov bildirib. Onun sözlərinə görə, mənbəyini Mingəçevir Su Anbarından alan kanalda müşahidə olunan enmə anbarındakı su həddinin ötən illə müqayisədə təxminən 2 metr yarım aşağı düşməsi ilə bağlıdır. Bu hal isə Mingəçevir, Yevlax, Goranboy, […]

Mingəçevirdə “ZOOM” platforması üzərindən canlı debat keçirilib

Milli Debat Proqramı çərçivəsində aprelin 20-də MDU tələbələrinin iştirakı ilə “Koronavirusun yayılma risklərinin azaldılmasında dövlət əsas faktordur” mövzusu ətrafında “ZOOM” platforması üzərindən regionlarda ilk dəfə olaraq canlı debat keçirilib. Spikerlər Fəxriyyə Qüdrətli (təsdiq mövqe) və Nuranə İbrahimova (təkzib mövqe) olublar. Debatda Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev, […]

Qanını ver, başqasını xilas elə

“Mingəçevir işıqları” xəbər verir ki, irsi və qan xəstəliyi olan insanlara kömək məqsədilə aprelin 22-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və aparatın digər işçiləri, eləcə də şəhər bələdiyyəsinin, YAP Mingəçevir şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri qan veriblər. Regional Qan Mərkəzindən dəvət olunmuş həkim briqadası kampaniyaya […]

Mingəçevir Dövlət Universitetində magistrantların elmi-nəzəri konfransı keçirilib

2020-ci ilin 20 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların növbəti elmi-nəzəri konfransı işə başlayıb. “Elm Günü”nə həsr edilmiş konfrans “ZOOM” platforması üzərindən online formatda təşkil olunub. Konfransın plenar iclasının açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə MDU-da tədris prosesi ilə yanaşı elmi fəaliyyətdə də davamlılığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Magistrantların dissertasiya […]

Ölkədə ilk dəfə Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyinin tikintisi yekunlaşmaq üzrədir

Ölkədə ilk dəfə Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyinin tikintisi yekunlaşmaq üzrədir.  APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhərində ötən ilin iyulunda təməli qoyulan binada, son tamamlanma işləri görülür. Görünüşü ilə diqqət çəkən muzey binası şəhid Müşfiq Mirzəyev adına Dostluq parkının ərazisində inşa olunub. İki mərtəbəli müasir dizaynlı muzeydə Azərbaycan tarixinə aid dəyərli məlumatlar, […]