Browsing daily archive

Aprel 28, 2020

Mingəçevirdə xəstəxananın həyətində avtomobil yandı

Mingəçevirdə avtomobil yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.“Opel” markalı minik avtomobili qəfil alovlanmağa başlayıb. Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.Hadisə zamanı xəsarət alan olmayıb. Yararsız hala düşən avtomobilin xəstəxanada çalışan həkimlərdən birinə məxsus olduğu bildirilir.

DTX İsmayıllıda əməliyyat keçirdi

Koronovirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. APA TV xəbər verir […]