Browsing daily archive

Aprel 18, 2020

#EvdəQal, kapuçino hazırla!

“Cappuccino” hazırlamaq heç də çətin deyil. Siz də sevdiklərinizlə bu gözəl ləzzəti paylaşa bilərsiniz. Bunun üçün yarım stəkan su, yarım stəkan şəkər tozu və yarım stəkan qəhvə mikserlə qarışdırılır və 30 dəqiqə soyuducuda saxlanılır. Yarım saatdan sonra süd ilə qarışdırılır. Kapuçino artıq hazırdır. Nuş olsun!    

Təhsil müəssisələrində ilk tədris günü mayın 4-ü müəyyən edildi

Nazirlər Kabineti  Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul edib.  Qərarda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə: 1.2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan […]

Uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bir az əvvəl yeni məlumatını yayıb. Məlumatda deyilr:  Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. […]

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti mayın 4-dək uzadıldı

Azərbaycan Respublikasının Nazirlər Kabinet ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin mayın 4-dək uzadılması barədə qərar verib. Qərarı dərc edirik.  Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların […]

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib

Müsahibənin mətnini təqdim edirik: “Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir” Şahin Bayramov: “MDU-nun həm akademik heyəti, həm də tələbələri çox qısa bir zamanda məsafədən təhsilin fəal iştirakçısına çevrilə bildilər” Son günlərdə dünyanı bürüyən  koronavirus pandemiyası ali təhsil sistemi qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Tədris müəssisələrinin bağlanması ilə əlaqədar  olaraq universitetlər yaranmış şəraitdə […]