UNEC və MDU alimlərinin birgə “İdarəetmə təhlili” dərsliyi işıq üzü görmüşdür
Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Hacıyev Fazil Şöhlət oğlunun və Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qədimli Nüşabə Astan qızının “İdarəetmə təhlili” adlı dərsliyi nəşr olunub. “İdarəetmə təhlili” Azərbaycan Respublikası Təhsil Nazirinin 18.10.2019-cu il tarixli F-626 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir. […]