Browsing monthly archive

Aprel 2020

Baş prokuror vəzifəsinə namizəd Kamran Əliyev kimdir?

Prezident İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb. Onun haqqında vikipediyada verilən məlumatla oxucularımızı tanış edirik. Əslən Gədəbəyin Kiçik Qaramurad kəndindən olan Əliyev Kamran Bayram oğlu 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq […]

Biləsuvarın icra başçısı və digər vəzifəli şəxsləri saxlanıldı

GünTV-nin yaydığı məlumata görə, Biləsuvarın İcra Hakimiyyəti  başçısı və digər vəzifəli şəxsləri əhaliyə ayrılmış yardımları mənimsədiklərinə və digər qanunsuz əməllərinə görə saxlanılıblar. . İcra hakimiyyəti başçısı M.Quliyevin “kafe müdirliyindən icra başçılığına” kimi yol keçdiyi barədə mətbuatda məlumatlar yayılıb. Bildirilir ki, Mahir Quliyev 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində […]

Bərəkət və ruzimizi oddan necə qorumalı?

Bu gün taxıl tədarükü iqtisadiyyatımızda gündəmdə olan əsas sahələrdəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin  ərzaq təminatı ilə bağlı dövlət başçımız və hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir. Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bununla bağlı bütün zəruri tədbirlər […]

Ölkəmizin dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadıldı

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır. Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində  giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr edilmiş növbətil virtual elmi konfrans keçirilib

2020-ci ilin 27 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “Mühəndislik” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib. “Elm Günü”nə həsr edilmiş Konfransın açılışında çıxış edən MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov universitetin rektoru Şahin Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırıb və Konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib. O, məruzə ilə çıxış edəcək tələbələrə […]

Mingəçevirdə xəstəxananın həyətində avtomobil yandı

Mingəçevirdə avtomobil yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.“Opel” markalı minik avtomobili qəfil alovlanmağa başlayıb. Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.Hadisə zamanı xəsarət alan olmayıb. Yararsız hala düşən avtomobilin xəstəxanada çalışan həkimlərdən birinə məxsus olduğu bildirilir.

DTX İsmayıllıda əməliyyat keçirdi

Koronovirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. APA TV xəbər verir […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi Elmira Hüseynlinin Prezident İlham Əliyevə məktubu

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi, MDU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi Elmira Hüseynlinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MDU tələbələri adından yazdığı məktub Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində dərc edilib https://president.az/articles/37180 26 aprel 2020, 21:35 Elmira Hüseynlidən, Mingəçevir, Azərbaycan Möhtərəm cənab Prezident. Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri adından Sizə müraciət etməyi özümə borc bildim. Bu məktubda […]

Evdə qal, amma doğru yolda irəlilə

Bir yerdə yol gedərsən, yol yoldaşı olarsan, nə qədər gedəcəyin deyil, necə gedəcəyin önəmlidir, vacibdir. Deyək ki, həyatımızı yaşayırıq, maddi-fiziki varlığımızı yaşadırıq, qoruyuruq. Bəs düşüncələrimiz, arzularımız, mənəvi dünyamız, onu da yaşadıb qoruyuruqmu? İndi çoxumuz evdə oturmuşuq, əvvəllər də otururduq, amma indi qorxudan oturmuşuq, çünki fiziki varlığımıza təhlükə var. Həm də deyərsiniz ki, fiziki olaraq mövcud […]

“Azərişıq”: “Elektriklə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat hədiyyə edilməsi barədə məlumat yanlışdır”

“Elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, bu məlumat tamamilə yanlışdır”. Bunu APA-ya açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verərək elektrik enerjisi ilə bağlı smart-kartlara […]