Martın 22-dək Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi müəyyən olunub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın 22 mart 2020-ci ilə olan məlumatına görə, Azərbaycan Respublikasında 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi […]