Browsing monthly archive

Mart 2020

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun AzEdu.az təhsil portalına müsahibəsi

    Koronavirusla mübarizə apardığımız bu günlərdə Mingəçevir Dövlət Universiteti öz fəaliyyətini necə qurur? İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə qlobal pandemiyaya qarşı mübarizə sahəsində ölkəmizdə sistemli şəkildə həyata keçirilən qabaqlayıcı və preventiv tədbirləri qeyd etmək lazımdır. Müsbət haldır ki, Azərbaycan virusun yayılmasının qarşısının alınması, infeksiyanın milli iqtisadiyyata mümkün mənfi təsirlərinin […]

Avropa İttifaqı Dağlıq Qarabağın konstitusiya və hüquqi çərçivəsini tanımır

Dağlıq Qarabaq: Qondarma prezident və parlament seçkilərinə dair Avropa İttifaqının Mətbuat Katibi bəyanat verib. Bəyənatda deyilir: ” 31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkilərini” nəzərə alaraq, Avropa İttifaqı təkrar bildirir ki, o, onların keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır. Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari  […]

Azərbaycanda 26 nəfər sağalsa da, koronavirus 5 nəfəri həyatdan apardı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, martın 31-də ölkədə 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Eyni zamanda bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent […]

Mingəçevir Dövlət Universitetində keçirilmiş elmi konfransın materialları dərc olunub

Mingəçevir Dövlət Universitetində (MDU) keçirilmiş “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində dərc olunub. Qeyd edək ki, sözügedən konfrans Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans […]

Martın 31-dən aprelin 20-dək əksər iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilir

“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı – təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə […]

Koronavirus: Avropa İttifaqı Azərbaycanı dəstəkləyir

Avropa Komissiyası, koronavirus infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirdiyi tədbirlər çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə dəstək nümayiş etdirərək Azərbaycan da daxil olmaqla təcili diqqət tələb edən ehtiyaclar üçün 140 milyon avro dəyərində yardım paketi ayırmışdır. Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır. […]

…Mən artıq fəryad edirəm. Son gücümlə ən azından mənə əziz olanlara kömək etməyə çalışıram

Əzizlərim! Bir neçə həftə içində sizi nəyin gözlədiyi haqqında təsəvvürünüz belə yoxdur ! Qısa bir müddət ərzində həyatınız sürətlə dəyişilərək sanki bir filmə çevrilir – reallıqda, bir fəlakətə çevrilir. Beləliklə, hələ də öz kefinizdən qalmırsınızsa, ziyarətə gedin, işləyin, uşaqlarınızı uşaq bağçalarına və məktəblərə aparın, sadəcə bilin: İki həftə əvvəl bizdə eyni şey var idi. Mən […]

“Ölüm mələyi” qapımızın ağzındadır

2 ay öncə Yanvarın 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə səyyar görüşü keçirilirdi. Mən də mətbuat işçisi kimi burada iştirak edirdim. Adamlar dərd-sərlərini çatdırandan və cavablarını alandan sonra başçı zala göz gəzdirdi: “Daha kimin sualı var?” Qalxıb dedim ki, məni şəhərdə koronavirusla […]

Gəlin, təhlükədən qorunmaq üçün evimizdə qalaq!

Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. Bu barədə NK-dan məlumat verilib:  “İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl […]

Koronavirusdan qorxulu…

Təmizlik önəmlidir, Çox-çox önəmlidir, Hətta, dəhşət önəmlidir… Kirlənmişik, yuyunaq, çirklənmişik, yuyunaq. Yuyucu maye sabun, başqa növləri də var. Dezinfeksiya edən məhlullar, daha nələr… Yamanca kirlənmişik, Yuyunaq təmiz olaq, Yuyaq qoy təmiz olsun əllərimiz, üzümüz, canımız, cəsədimiz, Virus yaxın gəlməsin… Bəs, kirlənmiş niyyəti, kirlənmiş baxışları, Kirlənmiş vicdanları nə ilə yuya billik? Varmı onları yuyan yuyucu vasitələr? […]