Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində təlimdə iştirak ediblər
Əsas benefisiarı Azərbaycan Respublikasının Təhsil Nazirliyi olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində 11 fevral 2020-ci il tarixində “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzində müasir doktorantura təhsil proqramlarının formalaşdırılması üçün “Təlimçilərin təlimi” adlı görüş keçirilib. Görüşdə “Akademik kurs proqramı və E-öyrənmə” tərtibatçısı, “Öyrədənlərin öyrədəni” xanım […]