Browsing monthly archive

Fevral 2020

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 29 fevral tarixində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvlərinin iştirakı ilə Mingəçevir Dövlət Universitetində (MDU) “Məzunlar danışır – Mingəçevir” adlı tədbir keçirilib. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov onlara universitet haqqında ümumi məlumat verib və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi ilə birgə tədbirin keçirilməsini yüksək qiymətləndirib. Özünün də xaricdə təhsil aldığını […]

Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azəraycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, universitetin tarixi və mövcud akademik potensialı, […]

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. MDU-nun rektoru Şahin Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal olunduğunu və Xocalıda tarixdə görünməmiş genosid aktı törədildiyini bildirib. Ş.Bayramov faciə nəticəsində 613 […]

Xocalım, nə böyük dərdmişsən?

  Bir neçə dəqiqəlik də olsa həmin günləri xatırlayaq və təsəvvür edək. Soyuq fevral günləri, hər tərəf qar, hər tərəf qaranlıq. İnsanlar evində, isti sobanın kənarındadır. Lakin həmin günlər təkcə xocalılar yox, bütün Qarabağda, camaat səksəkədə, narahatlıq içində idi. Günlər yox, aylardır ki, erməni-rus silahlıları Qarabağda şəhərləri, kəndləri atəş altında saxlayırdılar. Bir gün, o soyuq […]

Mingəçevirdə Yanğından Mühafizə xidmətinə yalandan zəng vurulub

Mingəçevir şəhər M.F.Axundov küçəsindəki 3 saylı ünvandan şəhər Yanğından Mühafizə xidmətinə zəng daxil olub. Bildirilib ki, həmin ünvanda fərdi həyət evi yanır. Dərhal çağırış  yerinə yanğından mühafizə bölməsini iki maşını yollanıb. Onlar həmin  yerdə yanğın baş vermədiyinin şahidi olublar. Çağırış yerinə PPX əməkdaşları da gəlib. 101 xidmətinə yanğınla bağlı zəng vuran  mobil nömrə qarşılıqlı zəngə […]

Xocalı faciəsi rəsmlərdə

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olan Xocalı faciəsinin 28-ci ildönümünə həsr olumuş rəsm sərgisi keçirilib. Sərgidə Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev, könüllülər, şəhər gəncləri […]

Gənclər Evində dəyirmi masa

Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan dəyirmi masa keçirilib. Açılış zamanı Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  Dəyirmi masada çıxış edən müəssisənin dərnək rəhbərləri Aytac Abdullayeva və Samrin Xanlayev gənclərə Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib, erməni silahlı […]

“Xocalı Soyqırımı bəşəri cinayətdir”

“Xocalı Soyqırımı  bəşəri cinayətdir”  adlı konfransda soyqırım qurbanları bir dəqiqəlik sükutla  yad edildikdən sonra çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov  əsrlər boyu bədnam ermənilər və beynəlxalq himayədarları tərəfindən Azərbaycan xalqının başına gətirilən zülm, qətliam və digər ağır cinayətlər barədə ətraflı məlumat verib. Əyyub Əyyubov daha sonra Azərbaycanın dinamik olaraq artan iqtisadi və […]

“Xocalıya Könüllü Gedək”

Mingəçevir regional “ASAN xidmət” mərkəzi və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti və şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan “Xocalıya Könüllü Gedək” mövzusunda seminar keçirilib. Seminarda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir regional “ASAN xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev, Mingəçevir Dövlət […]

Xocalı – Xocalılı…

Fevralın 25-i 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü müəllim-tələbə heyəti tərəfindən birgə anıldı. Tədbiri açıq elan edən universitetin rektoru Şahin Bayramov Xocalı haqqında fikirlər söylədi,​ bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Daha sonra məruzəçilər – Tafix kafedrasının müəllimi Vüsalə​ ​Mövlayeva və Humanitar fənlər kafedrasının müəllimi Namaz Manafov əsaslı […]