Browsing monthly archive

Yanvar 2020

İri buynuzlu mal-qara parklarda

Bu günlərdə  şəhər ərazisindəki parklardan birinə ona yaxın camışın buraxıldığının şahidi olduq. Onlar gül-çiçəyi tapdalayır, yaşıllığa zərər vurur, eyni zamanda azyaşlı uşaqları qorxudurlar. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən aldığımız məlumata görə, idarənin əməkdaşları mal-qara sahibləri ilə proflaktik söhbətlər aparırlar:  “Bu  hal davamlı olarsa, mal-qaralarını şəhər ərazisinə buraxdıqları üçün sahiblərinə cərimələr tətbiq edilir”.

Yevlax kəndlərinin qəbiristanlıqlarında su tapılmır

Yevlaxın Aşağı Bucaq kənd məzarlığına ziyarətə gələnlər qəbirləri yumaq və ya ətrafındakı gül-çiçəyi suvarmaq üçün uzaq məsafədən su gətirməli olurlar. Qəbiristanlığın yaxınlığından arx keçsə də bəzən onun suyu olmur. Kənd sakini Şəhla Əliyeva deyir ki, daha çox çətinlik isti yay aylarında yaşanır: “Qəbiristanlıqda dodağımız yanır, amma içməyə bir qurtum su tapmırıq. Yaşıllıqlar da məhv olur.”

Təbii qazın 1700 kubmetrdən çox olan hissəsi 20 qəpikdən hesablanır? – AÇIQLAMA

“Mingəçevir işıqları” xezerxeber.az-a istinadla xəbər verir ki, bu kimi məlumatlar geniş yayıldığından əhali arasında ajiotaj yaradıb. ”Azəriqaz” İstehsalat Birlyinin mətbuat katibi Ceyhun Səfərov məsələ ilə bağlı açıqlama verib. ‘Ceyhun Səfərov bildirib ki, yayılan məlumatlarla bağlı ”Azəriqaz”ın ”104 və 185” saylı qaynar xəttinə də paytaxtdan və regionlardan xeyli abonent müraciət edib. Onun dediyinə görə, yayılan məlumatlar […]

“Kabusa dönən ruhlar”

“Qəfil şappıltı səsinə oyandı. Saata baxdı, 3-ə işləyirdi,-” Hələ səhərə çox var, yəqin Arsendir”-deyə fikrindən keçdi. Yenidən yuxuya keçmək üçün sol yanı üstə çevrildi və Arsenin yatdığını gördü, canını qorxu bürüdü. Havanı dinlədi, səs gəlmirdi. Təzəcə gözlərini yummuşdu ki, bu dəfə mətbəxdən tıqqıltı gəldi, elə bil kimsə dəhlizdən mətbəxə keçdi. Əlləri əsməyə başladı, evdə başqa […]

Azərbaycan qadını kişisinə niyə çata bilmir?

Gender bərabərliyi qadınların və kişilərin hüquq bərabərliyini, resurslara və imkanlara eyni səviyyədə çıxış imkanlarını və onların fərq qoymadan bölüşdürülməsini nəzərdə tutsa da, realıq bundan uzaqdır “Yaxşı təhsilim, babat işim olsaydı…” Mingəçevirdə yaşayan Zərinə Cəfərova Elşən Həbibovla 30 il qabaq ət kombinatında işləyərkən tanış olub və ailə qurub. Birgə nikahdan bir qız və iki oğulları dünyaya […]

Bu ildən vergi ödəyiciləri 9 növ elektron qaimə-faktura verə biləcəklər

Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar 2020-ci ildən elektron vergi hesab-fakturası tam şəkildə elektron qaimə-faktura ilə əvəz olunaraq, vahid sənəd formasında təqdim ediləcək. Bununla yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fərqləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu dəyişikliklərin edilməsi sahibkarlar və mühasiblərlə görüşlərin nəticəsində qərara alınıb. Yeni dəyişikliyi “vergiler.az” saytı üçün şərh edən İqtisadi Araşdırmalar və Tədris […]