Browsing monthly archive

Yanvar 2020

Gender məsələləri, sosial ədalətsizlik

Uğurlar bizə aiddir: mənim hekayəm. Balaca bir kənddə doğulmaq, həyatda şanslı olmaq üçün maneə ola bilərmi? Bəlkə də hə, bəlkə də yox. Müəllim ailəsində doğulmaq necə, ya da valideynlərin başqa bir sahədə bilikli, mədəni insanlar olarsa, şanslı olmaq üçün önəmlidirmi? Qarabağın yüzlərlə kəndindən biri də bizim kəndimiz idi-Muğanlı. Evimiz, həyətimiz, bağçamız, kiçik də olsa təsərrüfatımız var idi. İnəklərimiz, […]

MİQ müdavimləri ödənişsiz əldə etdikləri biletlərlə öz təcrübələrini test edəcəklər

Paytaxtda və ətraf bölgələrdə gənclərin inkişafı ilə məşğul olan bir çox qurumlar və savadlı müəllimlər fəaliyyət göstərir. Amma çox az sayda müəllim və qurum var ki, Dövlət Qulluğuna, YÖS və Magistr imtahanına hazırlaşan gənclərə dəstək çərcivəsində davamlı olaraq ödənişsiz seminar və sınaq imtahanları təşkil edirlər. Mingəçevirdə yaşayan Elçin Mirzəyev belə müəllimlərdəndir. Ziyalı ailəsində böyüyən Elçin […]

“Əlillik insanlarda deyil, şüurlardadır”

Yanvarın 13-də Mingəçevir Gənclər Evi maraqlı tədbirə ev sahibliyi edib. Bu, Amerikanın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən “Bizimlə ol” layihəsi çərçivəsində sosial teatr tamaşalarnın nümayişi və müzakirəsi olub. Qeyd olunub ki, Mingəçevirdən start alan layihə Bərdə, Ağdam,Tərtər və Beyləqan bölgələrində də həyata keçiriləcək. Layihənin məqsədi fiziki məhdudiyyətli insanların cəmiyyətdə iştirakçılığının artırılması, onların arasında sosial inklüzivliyin təmin […]

Mingəçevirdə mikroavtobus aşdı, xəsarət alanlar var

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Məlumata görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı […]

Mingəçevirdə gənc mədəniyyət işçilərinin könüllülər qrupu yaradılıb

Yanvarın 13-də Heydər Əliyev Mərkəzində “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc könüllülərin rolu” adlı dəyirmi masa keçirilib. Bərdə Regional Mədəniyyət İdarəsi və onun Mingəçevir şəhər Nümayəndəliyinin təşkil etdiyi tədbir gənc mədəniyyət işçilərinin kreativ qrupunun və mədəniyyət könüllülərin iştirakilə baş tutub. Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi  Tutu Xanlarova, “Zəmanətimiz-Nəticəmizdir” kompüter kurslarının rəhbəri Emil Xanlarov, Mingəçevir […]

Tələbə qızlar gender mövzusunu araşdırırlar

Yanvarın 12-də Mingəçevir Media Mərkəzində “Tələbə qızların xəbər dünyası” proqramı çərçivəsində növbəti məşğələ keçirilib.  Bu dəfə gənclərin son bir həftə ərzində gender mövzusunda hazırladıqları məqalələrin müzakirəsi aparılıb. Proqramın rəhbəri və təlimçisi, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev müxbirimizlə söhbətində deyib ki, qısa vaxt ərzində ciddi nəticə əldə edilib: “Doğrusu, proqrama başlayanda o qədər də […]

Azərbaycan Demokrat Firqəsi 2020-ci ili “21 Azər” Hərəkatının yubileyi ili elan etdi

Azərbaycan Demokrat Firqəsinin İcraiyyə Heyəti ötən cümə günü – 10.01.2020-ci il tarixində növbəti iclasını keçirib. İH üzvləri gündəliyə 4 məsələnin daxil edilməsi barədə razılığa gəliblər. İlk öncə 2019-cu ildə təşkilatın gördüyü işlər müzakirə edilib. ADF MK-nın sədri Rəhim Hüseynzadənin məlumatında qeyd olunub ki, ötən il 74 yaşlı Firqənin həyatında ən şərəfli mərhələlərdən biri kimi yadda […]

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

10 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Şura üzvlərinə semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Şura üzvlərinə […]

Mingəçevir Dövlət Universitetinin rektoru imtahan prosesini izləyib

Xəbər verdiyimiz kimi, cari ilin 07 yanvar tarixində Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin payız imtahan sessiyasına start verilib. Universitetin rektoru Şahin Bayramov imtahan prosesini izləyib, tələbələrlə söhbət edib, onları maraqlandıran sualları cavablandırıb. Tamamən yazılı formada təşkil edilən imtahanların səffaf və obyektiv keçirilməsi üçün bütün zəruri şəraitin yaradıldığını deyən Ş.Bayramov yarana biləcək istənilən məsələ ilə […]

Anam xahiş elədi ki, sözünü başçıya çatdırım…

Jurnalist olduğumdan şəhərdə keçirilən əksər tədbirlərə dəvət alıram. Hamısında iştirak etməyə həvəsim və zamanım çatmasa da, çalışıram ki, informasiya əldə etmək üçün kənarda qalmayım. Yanvarın 8-də İcra Hakimiyyəti  başçısının 11 saylı məktəbdə sağ sahil qəsəbəsinin sakinləri ilə görüşünə isə getməyə bilməzdim. Bunun səbəbini bir azdan izah edəcəyəm. Bu, başçının 2020-ci ildə sakinlərlə ilk görüşüydü, son […]