Browsing monthly archive

Yanvar 2020

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Valideynlər universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Valideynlərə semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Valideynlərə yazılı […]

Tələbələrə sertifikatlar və mi-news.az səhifəsinə giriş üçün kod və parollar təqdim olundu

Xəbər verdiyimiz kimi,  ötən ilin dakabr ayından Mingəçevir Media Mərkəzində “Tələbə qızların xəbər dünyası” proqramına başlanıb. Yanvarın 19-da baş tutan son məşğələdə qızlara mi-news.az səhifəsinə giriş üçün istifadəçi profillərinin kod və parolları təqdim olunub. Onlar layihə komandasının köməyilə son bir həftə ərzində gender mövzusunda hazırladıqları yazıları səhifəyə daxil ediblər. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, təlimçi […]

Nazilə İsayeva: “Özümdə cəsarət tapıb, ayrılmağa qərar verdim”

Boşanmış qadının etirafları “Mənim ailə qurmağım valideynlərimin istəyi ilə oldu. Məndən heç fikrimi soruşmadılar. Etiraz da edə bilmədim. Onlar böyüyümdülər dedim və susdum. Heç sevmədiyim birinə ərə getdim. İnsan sevdiyi ilə toy axşamını yaşamaq istəyər. Mən isə sanki təcavüzə uğradım. Etiraz etsəm də mənası olmadı” Adının çəkilməsini istəməyən Nazilə İsayevanın (onu şərti olaraq belə adlandırırıq) […]

Elvina Mustafayeva: “Bu dünyada qadın azadlığı olmayacaq!”

“Sən qadınsan, söz haqqın yoxdur.” Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakultəsinin 3-cü kurs tələbəsi Elvina Mustafayeva stereotiplərin onun həyatına göstərdiyi təsirdən narazıdır. O, deyir ki, yetkinlik yaşına çatandan bir çox çətinliklərlə qarşılaşıb: “Onların 80% -i qadın olduğum üçün yaranıb. Hazırda Bakıda ailəmdən uzaq bir həyat tərzi keçirirəm və bu o qədər də sadə […]

Aynur hərbçi olmaq istəyir, valideynləri isə etiraz edir.

“Qız uşağından hərbçi olmaz” Mingəçevirdə yaşayan Aynur Şirinlinin 16 yaşı var. 11-ci sinifdə oxuyur, I ixtisas qrupuna hazırlaşır. Uşaqlıqdan arzusu hərbçi olmaqdır. Ətrafındakı insanlar onun fikrinə başqa cür münasibət bəsləyir, “Qız uşağından hərbçi olmaz” deyə ona psixoloji təsir göstərirlər. Aynurun ən böyük problemlərindən biri  hara və necə müraciət etməsini bilməməsidir. Hərbçi olmağı qarşısına məqsəd qoyan […]

Atillanın “Damburu”

Dambur — tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli əhalinin ləhcəsində deyilişidir Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Damburun əsas hissələri bunlardı: Çalovabənzər gövdə (çanaq), azca geriyə əyilmiş kəllə (tac), Qolla […]

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” fəaliyyətə başlayır

Dəyərli gənclər! “Könüllülər ili” ilə əlaqədar olaraq Mingəçevir Gənclər Evi sizin fərdi inkişafınıza töhvə verəcək növbəti proqramın icrasına başlayır. “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” adlanan proqramın təşkilində əsas məqsəd gənclərin peşə və karyera seçimi zamanı qarşılaşdıqları problemlərin həllində onlara kömək etmək, öz sahəsində uğur qazanan şəxslərlə iştirakçıların görüşünü təşkil etməklə, gənclərə stimul verməkdir. Belə […]

İlk Şura iclasında ciddi narahatlıq doğuran məqamlar diqqətə çatdırıldı

Yanvarın 17-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın ilk iclası keçirilib. İclasda Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2020-ci il üzrə perspektiv iş planı təsdiq edilib. İH-nin başçısı İlham İsmayılov 2019-cu ildə olduğu kimi 2020-ci ildə də tədbirlər planında 41 məsələ nəzərdə tutulduğunu bildirib. İHB yanında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın 2019-cu ildəki […]

Musiqi məktəbində rus bəstəkarının musiqiləri səsləndirilib

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində  «Ruslan və Lyudmila» və «İvan Susanin» kimi iki möhtəşəm operanın müəllifi olan böyük rus bəstəkarı, professional rus operasının banisi M.İ.Qlinkanın 215 illik yubileyi ilə bağlı tədbir keçirib. Tədbir iştirakçılarına əvvəlcə bəstəkarın həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib. Daha sonra görkəmli rus […]

İcbari sığorta dəymiş zərəri aradan qaldırır

Bəşəriyyət yarandığı gündən insanlar bir çox təbii fəlakətlər, yanğın, zəlzələ və digər təbii və texnogen hadisələrlə rastlaşmışlar. Heç şübhəsiz, kainatda baş verən bu cür gözlənilməz hadisələr bir sıra ağır fəsadlar törətmiş, dağıntılara və tələfatlara səbəb olmuşdur. Bütün bunlar isə mülkiyyət hüququndan asılı olmayaraq insanlara külli miqdarda ziyan vurmuşdur. Hətta elm və texnikanın ildən-ilə inkişaf etdiyi […]