Browsing daily archive

Yanvar 20, 2020

Mingəçevirdə 20 Yanvar faciəsinə həsr edilmiş tələbə-şagird konfransı keçirilib

2020-ci ilin 17 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhər Texniki-humanitar liseyin (THL) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar faciəsinin səbəb və nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Texniki-humanitar liseydə keçirilən konftansın iştirakçıları əvvəlcə şagirdlərin 20 Yanvar faciəsini əks etdirən əl işlərindən ibarət sərgi […]

Mingəçevir 20 Yanvar Ümumxalq Hüzn günündə

Yanvarın 20-də mingəçevirlilər şəhərdəki Şəhidlər xiyabanına gələrək, 20 Yanvar faciəsi qurbanlarına ehtiramlarını bildiriblər. Xiyabanda ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda şəhidlər verdiyini, […]

Gənclər Evində 20 Yanvara həsr olunan rəsm sərgisi açılıb

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Yeniyetmə, gənc, könüllü və əməkdaşların iştirak etdiyi anım tədbirini giriş sözü ilə açan şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində ağır bir hadisə olduğunu, buna baxmayaraq xalqımızın […]

Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib

2020-ci ilin 16 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhəri Texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. MDU-da təşkil olunan tədbiri açan rektor […]

Amerikalı professor Mingəçevir Dövlət Universitetində təlim keçib

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində (MDU) olub. Qonaqla görüşən MDU-nun rektoru Şahin Bayramov ona universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri və universitetin əsas hədəfləri barədə məlumat verib. “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Valideynlər universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Valideynlərə semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Valideynlərə yazılı […]