Browsing daily archive

Yanvar 19, 2020

Tələbələrə sertifikatlar və mi-news.az səhifəsinə giriş üçün kod və parollar təqdim olundu

Xəbər verdiyimiz kimi,  ötən ilin dakabr ayından Mingəçevir Media Mərkəzində “Tələbə qızların xəbər dünyası” proqramına başlanıb. Yanvarın 19-da baş tutan son məşğələdə qızlara mi-news.az səhifəsinə giriş üçün istifadəçi profillərinin kod və parolları təqdim olunub. Onlar layihə komandasının köməyilə son bir həftə ərzində gender mövzusunda hazırladıqları yazıları səhifəyə daxil ediblər. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, təlimçi […]

Nazilə İsayeva: “Özümdə cəsarət tapıb, ayrılmağa qərar verdim”

Boşanmış qadının etirafları “Mənim ailə qurmağım valideynlərimin istəyi ilə oldu. Məndən heç fikrimi soruşmadılar. Etiraz da edə bilmədim. Onlar böyüyümdülər dedim və susdum. Heç sevmədiyim birinə ərə getdim. İnsan sevdiyi ilə toy axşamını yaşamaq istəyər. Mən isə sanki təcavüzə uğradım. Etiraz etsəm də mənası olmadı” Adının çəkilməsini istəməyən Nazilə İsayevanın (onu şərti olaraq belə adlandırırıq) […]

Elvina Mustafayeva: “Bu dünyada qadın azadlığı olmayacaq!”

“Sən qadınsan, söz haqqın yoxdur.” Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakultəsinin 3-cü kurs tələbəsi Elvina Mustafayeva stereotiplərin onun həyatına göstərdiyi təsirdən narazıdır. O, deyir ki, yetkinlik yaşına çatandan bir çox çətinliklərlə qarşılaşıb: “Onların 80% -i qadın olduğum üçün yaranıb. Hazırda Bakıda ailəmdən uzaq bir həyat tərzi keçirirəm və bu o qədər də sadə […]

Aynur hərbçi olmaq istəyir, valideynləri isə etiraz edir.

“Qız uşağından hərbçi olmaz” Mingəçevirdə yaşayan Aynur Şirinlinin 16 yaşı var. 11-ci sinifdə oxuyur, I ixtisas qrupuna hazırlaşır. Uşaqlıqdan arzusu hərbçi olmaqdır. Ətrafındakı insanlar onun fikrinə başqa cür münasibət bəsləyir, “Qız uşağından hərbçi olmaz” deyə ona psixoloji təsir göstərirlər. Aynurun ən böyük problemlərindən biri  hara və necə müraciət etməsini bilməməsidir. Hərbçi olmağı qarşısına məqsəd qoyan […]