Browsing monthly archive

Dekabr 2019

İlk məşğələdə “Heç kəs kənarda qalmamalıdır” prinsipinin mahiyyəti açıqlanıb

DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində “Tələbə qızların xəbər dünyası” 6 həftəlik təlim proqramına başlanıb. Həftədə 1 gün səhərdən axşama qədər davam edən proqramım birinci  məşğələsi dekabrın 15-də Mingəçevir Media Mərkəzində baş tutub. “Heç kəs kənarda qalmamalıdır” prinsipinin mahiyyətini açıqlayan təlimçi Yeganə Nəbiyeva auditoriyanı Dayanıqlı İnkişaf […]

Azərbaycan 2 seçkiyə hamilədir

Son günlərədək ölkədə heç kəs iki ay ərzində dalbadal iki mühüm kampaniyanın keçiriləcəyini ağlına belə gətirməzdi. Amma gələn ilin sonunadək fəaliyyət göstərməli olan Milli Məclis YAP Siyasi Şurasının təşəbbüsündən sonra özünü buraxmağa qərar verdi. Və izah olundu ki, bu, Milli Məclisin  səlahiyyətlərini müasir çağırışlara uyğun həyata keçirməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasını təmin etməsi […]

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir çörək sexi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə daxil olan müraciət əsasında AQTA əməkdaşları Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılova Xalidə Müzəffər qızına məxsus çörək istehsalı müəssisəsində reyd keçiriblər. Reyd zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə, eləcə də, […]

Neft-qaz hasilatı imkanlarının optimallaşdırılması üçün iki böyük şirkət razılığa gəldilər

Dekabrın 10-da Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum ölkənin neft-qaz sektorunun flaqmanı Dövlət Neft Şirkəti ilə ən iri sənaye komplekslərindən olan  Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təmin edilməsi üzrə […]

Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığından danışıb

Ümummilli lider Heydər Əliyevin  vəfatının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə xatirə tədbirlərlə qeyd olunub. Daha sonra tədbirlər silsiləsi elmi–nəzəri konfransla davam etdirilib. Konfransda kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dahi liderin Azərbaycan xalqının qəlbində əbədilik qazandığını qeyd edib, 40 ilə qədər Azərbaycan və keçmiş sovetlər ittifaqının siyasi hakimiyyətində aparıcı mövqelərdə idarəçilik  fəaliyyəti […]

The European Green Deal is Europe’s response to our people’s call

Do we, humans, want to continue living well and safely on this planet? Humanity faces an existential threat – the whole world is beginning to see. Forests burn from America to Australia. Deserts are advancing across Africa and Asia. Rising sea levels threaten our European cities as well as Pacific islands. Mankind has seen such […]

Mingəçevirdə Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Mingəçevirdə ulu öndərin anın günü qeyd edilib. Hökumət və ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gələrək, ona ehtiramlarını bildiriblər.  Gülqoyma mərasimindən sonra anım mərasimini iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyəini əks etdirən fotosərgi ilə tanış olub və onun barəsində filmi izləyiblər. Şəhər İcra […]

10 saylı məktəbdə başçıya nə dedilər?

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü noyabrın 11-də 10 saylı məktəbin akt zalında keçirilib. Başçı ölkədə və şəhərdə aparılan işlər, yeni layihələr barədə danışıb. Bildirib ki, A.Qurbani küçəsində,  uzun illər zir-zibil içində olan ərazi indi nümunəvi istirahət yerinə çevrilib və belə yerlərin şəhərin bütün massivlərində yaradılması nəzərdə tutulub. Şəhərdəki 465 çoxmənzilli […]

“İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində Bakıda konfrans keçirilib

JuHİ  Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı  Bakı şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans  keçirilib. Konfransa KİV və QHT təmsilçiləri, internet fəalları qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub. JuHİ […]

“İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi başa çatdı

“İncəsənət sosial inkişafda vasitə kimi” təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilib. Dekabrın 9-da  Qafqaz City hotel and residences-də baş tutan tədbirdə layihənin bağlanış mərasimi keçirilib. Layihə sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsini təşviq edir. Altı ay müddətində həyata keçirilən layihə çərçivəsində  Azərbaycanın bölgələrini təmsil edən və […]