“Göygöl” ansamblı Mingəçevirdə konsert verib
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Mingəçevirdə konsert verib. Xalq və bəstəkar mahnıları, rəngarəng rəqslərlə yadda qalan konsert Heydər Əliyev meydanında açıq havada 2 saat davam edib. “İgidlər” rəqsi isə konsertə öz möhürünü vurub. Proqramın sonlarına yaxın Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşimova auditoriya qarşısına […]