Browsing monthly archive

Noyabr 2019

Son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır

Qəbirlər fərqli, tutduqları ərazi isə isə geniş. Bir sözlə son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır. Söhbət Mingəçevirdən gedir. Bu şəhərdə 3 əsas qəbristanlıqda mövcud  olan yer sıxlığı son illər ərzində daha qabarıq şəkildə özünü göstərir. Vəziyyət o həddə çatıb ki, Bozdağın yamaclarını yonub orada dəfn üçün yer açılır. İnsanlar dünyasını dəyişənlərini dəfn etmək üçün […]

Sakinlər istilik problemini dilə gətirdilər

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabrın 6-da şəhərin Nizami küçəsindəki 12 saylı ünvanda baş tutub. Başçı bildirib ki, ayrı-ayrı məhəllələrdə görüşlər davam edir, bu gün də burada yaşayanları dinləmək arzusundadır, onlardan təkliflər gözləyir. Görüş iştirakçıları görülən işləri təqdir ediblər. Bildiriblər ki, Nizami küçəsində səliqə-səhman yaradılıb, binaların dam örtükləri dəyişdirilib, […]

Böyük şair Kür sahilinə “gəldi”

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri noyabrın 6-da Mingəçevirin Sahil parkında qeyd edilib. Bu yubiley haqda və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq, il ərzində şəhərin müxtəlif təşkilatlarında silsilə tədbirlər –  elmi-nəzəri konfanslar təşkil olunub, dəyrimi masa ətafı müzakirələr aparılıb, Nəsiminin əsərlərindən […]

Azərbaycanda Bələdiyyə Seçkiləri – 2019

mi-news.az 2019-cu ildə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı “Uluçay” “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin hazırladığı siyasi icmalı təqdim edir. XÜLASƏ Bələdiyyələr Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilndə, seçkili, yerli özünüidarəetmə forması kimi və bərabərlik əsasında fəaliyyət göstərir. Ölkəmizdə 12 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkiləri nəticəsində 2700 bələdiyyə yaradılmışdır. Sonradan 1094 bələdiyyə digərləri ilə […]

AQTA Mingəçevirdə antisanitar şəraitdə çörək bişirənləri üzə çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhərinin  Aydın Məmmədov küçəsindəki 91/A ünvanında fiziki şəxs Əliyev Elşən Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. Baxış zamanı antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki tələblərə cavab vermədiyi, sanitar norma və qaydaların, gigiyenik normativlərin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin […]

“Opel” markalı minik maşını 8 saylı marşrutun avtobusuna çırpılıb

Dünən axşam saatlarında  Mingəçevir şəhərinin Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. “Opel” markalı minik maşını dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xəttinin avtobusuna çırpılıb. İlkin məlumata görə, avtobusda sərnişinlər olmasa da, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı minik maşınının 55 yaşlı sürücüsü Məmmədov Vəli […]

Aİ və BMTİP Cəlilabadda yeni təmirdən çıxan peşə təhsili emalatxanasının açılışını etdi

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi, ölkədə peşə təhsilinin və inkişaf potensialının yüksəldilməsinə göstərdikləri dəstəyin davamı olaraq, bu gün Cəlilabad rayonunda yeni təmir və restavrasiya olunan peşə təhsili emalatxanasının açılışını etdilər. Yeni emalatxana Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin […]

UNEC və Mingəçevir Dövlət Universiteti əməkdaşlıq edəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və universitetin professor-müəllim heyəti iştirak edib. Rektor Ədalət Muradov UNEC-in fəaliyyət istiqamətlərində regional ali məktəblərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti (LDU) və Gəncə […]

«Öz tolerantlığını test et, başqalarını öyrət»

Noyabrın 2-də Humanitar Tədqiqatlar İctimai Birliyi Mingəçevir Media Mərkəzində Bərdə və Qazax rayonlarının  gənc fəalları ilə münaqişələri həll edə bilmək, gender bərabərliyi üçün cəmiyyətin imkanlarını və hazırlığını müəyyən etmək məqsədilə simulyasiya oyunları keçirib. Improvizasiya ilə hazırlanan bu simulyasiya oyunlarında gənclərin fəallığı çox yüksək olub. Gənclər icmalar arasında münaqişələrin müzakirəsini aparıblar. Onlar ailədə qadın və kişi […]

Mingəçevirdə daha bir uşaq doğuş zamanı xəsarət aldı

Mingəçevir şəhər xəstəxanasında dünyaya körpəsini gətirən Günay İlham qızı problemlərlə üzləşib. Xəyal Saadovun dediyinə görə, onun həyat yoldaşı noyabrın 1-də xəstəxanaya gətirilib: “Həkimi Gülnarə Quliyeva bizdən 100 manat istədi. 50 manat gücümüz çatdığını dedik. Qane olmadı, üstünə də 20 manat qoyub, 70 manat verdik”. A.Saadov bildirdi ki, elə həngamə də bundan sonra başlayıb: “Uşaq doğularkən […]