Browsing daily archive

Noyabr 29, 2019

“Çadır şəhərciklərindən yeni qəsəbələrə”

Noyabrın 29-da Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı keçirilib. 2019-cu ilin avqust ayından çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir. Filmin […]

İnzibati icraatın və inzibati prosesin Azərbaycan modeli Qazaxıstan üçün maraq doğurur

Bu il noyabrın 25-dən 28-dək Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Mərkəzi Asiya ölkələrində hüquqi dövlətçiliyə dəstək” proqramının dəvəti ilə Qazaxıstan Respublikasının yüksək vəzifəli nümayəndə heyəti İnzibati ədliyyənin təşəkkülü və inkişafı təcrübəsi ilə tanış olmaq məqsədilə Azərbaycan Respublikasına səfər edib. Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimləri, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı və Qazaxıstan Ali Məhkəməsinin və Baş Prokurorluğunun […]

Növbəti könüllülər dəstəsi sertifikat aldı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  könüllülük fəaliyyətini bitirmiş gənclərə noyabrın 29-da sertifikatlarını təqdim edib.  Başçı ölkəmizdə könüllülük hərəkatının inkişafından söz açıb, ölkə Prezidenti  İlham Əliyevin könüllülük hərəkatına göstərdiyi diqqətdən danışıb və könüllülərə qazandıqları  təcrübəni iş həyatlarında uğurla tətbiq etmələrini arzulayıb. Könüllülər çıxış edərək, təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi […]

Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı mövzusunda I regional elmi-texniki konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: Universitet-Sənaye İşbirliyi və İnnovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans keçirilib. Konfransı açıq elan edən MDU-nun rektoru Şahin Bayramov qonaqları konfrans istirakçılarına təqdim edib və bildirib ki,MDU və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda hər iki ali təhsil müəssisəsinin rektor, professor-müəllim və tələbə kollektivi, […]