Browsing monthly archive

Oktyabr 2019

Region psixoloqlarının bilik və bacarıqları artırılır

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyiilə icra etdiyi “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq hüquqlarının müdafiəsi məqsədilə psixoloqların rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq və ailələrlə social və psixoloji iş” mövzusunda məktəb psixoloqlarının iştirakı ilə Tərtər rayonunda 4-5-6 oktyabr 2019-cu il […]

İdeal müəllim şagirdlərində dərsə həvəs və rəğbəti necə qazandırmalı?

Şagirdin qabiliyyətlərinə görə hədəf təyin edilməli və o hədəf istiqamətində həvəs və rəğbət aşılanmalıdır. Bu şəkildə şagirdin həm zehni, həm də fiziki cəhətdən o istiqamətdə məşğul olması təmin olunmalıdır. Bununla yanaşı ən yüksək hədəfin də vətən və milli-mənəvi dəyərlər olduğu tez-tez xatırladılmalı və şagirdin o hədəfi əldə etməsi üçün həvəs və səylə çalışması təmin edilməlidir. […]

Uşaqlar caz nümunələri ifa etdilər

Oktyabrın 5-də Mingəçevirdəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində Müəllim Günü qeyd olunub. Məktəbin şagirdləri müəllimlərini caz ifaları ilə təbrik ediblər. Onların arasında respublika səviyyəli müsabiqələrin diplomat və laureatları var. Məkəbin müəllimi İradə Xəlilova dedi ki, uşaqlarımız çox istedadlıdırlar: “Onlar klassik və müasir bəstəkarların əsərlərini, hətta caz janrını elə gözəl ifa edirlər ki, dinləməkdən […]

Kəlbəcər sakini: “3 əsrin kilimini evə dəyişmədim”

APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, toxuma nümunələrinin əsl özəlliyi ondan ibarətdir ki, onlar vaxtilə kəlbəcərli xanımlar tərəfindən toxunub. 1993-cü ilin aprelində doğma yurdunu məcburən tərk etmək zorunda qalan Kəlbəcər sakini Səxavət Mamedov daşınma çətinliklərinə baxmayaraq, nəsil yadigarı kimi evlərində saxlanılan iki farmaş, xalça və kilimi özü ilə bərabər Molla Bayramlı kəndindən çıxarmağı bacarıb. O […]

Ömrünün 50 ilini müəllimlik peşəsinə həsr edən alim

Müəllim elm, bilik xəzinəsinin qapılarını insanların üzünə açan bir varlıqdır. Biz xəzinəyə inamla daxil olanlar, həyatın enişli-yoxuşlu yollarında büdrəməyənlərdən, öz biliyi və əməkləri ilə cəmiyyətin inkişafına tövhə verənlərdən olmaq üçün müəllimimizdən bilik almağı daha üstün tutmalıyıq. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur.Müəllim nufuzunu ilk növbədə müəllim özü qazanmalıdır.Belə nüfuz sahiblərindən biri də […]

Mingəçevirdə mənzildən oğurluq edilib

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 9 a ünvanında baş verib. Beşmərtəbəli binanın birinci mərtəbəsindəki Arif Abdulkərimova məxsus mənzil qarət olunub. Axşam saat 20:00–21:00 radələrində mənzilə eyvandan daxil olan şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıb. Həmin şəxslərin tapılıb-tutulması istiqamətində əməliyyat aparılır.

Altı uşaq məktəbə gedə bilmir

Mingəçevirdə məskunlaşmış məcbui köçkün ailəsinin 6 az yaşlı övladı imkansızlıq üzündən təhsilini davam etdirə bilmir. Ailə  şəraitsiz fermada dözülməz vəziyyətdə yaşayır. Ailənin məskunlaşdığı ərazi nəinki məktəbə, hətta xəstəxana və bazara da çox  uzaqdır. Həmin ərazidə içməli su da tapılmır. Ailənin başçısı Nizami Allahverdiyev övladlarını atdıqdan sonra uşaqlarının qayğısını ana ilə bərabər 72 yaşlı Gülgəz nənə […]

Məhəllələrarası futbol və şahmat yarışlarının qalibləri mükafatlandırılıb

Oktyabrın 2-də 5 saylı MİS-in ərazisində yerləşən stadionda mini-futbol üzrə məhəllələrarası yarışın finalı keçirilib. Oyun başa çatandan sonra hər iki komandanın üzvlərinə fəxri fərman və hədiyyələr, qalibə isə kubok təqdim olunub. Eyni zamanda məhəllələrarası şahmat birinciliyinin qalibləri də mükafatlandırılıb. Mərasimə qatılan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaq və gəncləri təbrik edib, onların sağlam […]

Azərbaycanca, yoxsa rusca oxuyaq?

Hazırda  Mingəçevir şəhərinin 4 ümumtəhsil məktəbində rus bölmələri fəaliyyət göstərir. Ötən dərs ili ilə müqayisədə yeni tədris ilində övladlarının rus dilində təhsil almasını arzu edən valideyinlərin sayı xeyli artıb. Bu, 3 saylı beynəlmiləl tam orta məktəbdə xüsusi ilə diqqəti cəlb edir. Məktəbin Azərbaycan böməsində hazırlıq qruplarına 4 sinif üzrə  80 müraciət qəbul olunduğu halda, cəmi […]

Balıqçı

Göl qırağında, adına uyğun bir guşədə əyləşib tilovu suya atan Sakit müəllim nəzərini bir nöqtəyə zilləmişdi. Elə bu zaman tilova balıq düşdü. O, tilovu çəkib, qarmağa düşən balığa baxıb, fikrə daldı. Bu balığın xırda olması, çırpınıb qarmaqdan çıxmaq istəyi bir anlığa onu keçmişə apardı. Vaxt var idi o heç tilov atmadan, iri balıqlar, balıq kürüsü […]