Browsing monthly archive

Oktyabr 2019

“Yenə o bağ olaydı”

“YARAT” Müasir İncəsənət Məkanı oktyabrın 31-də Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasında “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib. Açılış mərasimində  “YARAT”-ın ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova diqqətə çatdırıb ki, bu, sayca dördüncü sərgidir. 2016-cı ildə Qaxda “Zamanın izləri”, 2018-ci ildə Qazaxda, 2019-cu ildə isə Gəncədə  “Yenə o bağ olaydı” adı ilə səyyar […]

Mingəçevirdə 29 yaşlı gənc narkomaniyanın qurbanına çevrildi

Mingəçevirin H.Əliyev prospektindəki 2 saylı ünvanda yaşayan 29 yaşlı  Sərxan Novruz oğlu gecə saat 4 radələrində yüksək dozada narkotik maddə qəbul edib. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmayıb. Şahidlərin dediyinə görə, dünyasını dəyişən bu gənc mütamadi olaraq narkotik maddələr qəbul edirmiş.

Mingəçevir Dövlət Universitetində “Gənc Tədqiqatçılar üçün Open Academy” adlı layihəsi üzrə seminar keçirilib

Mingəçevir Dövlət Universitetində oktyabr ayının 23-24 tarixlərində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikası Gənclər Fondunun (ARGF) dəstəyi ilə həyata keçirdiyi “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihənin icrasına başlanmışdır. Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov rəsmi qonaqları və seminar iştirakçılarını rektor Şahin Bayramovun adından salamlayaraq tədbirin […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi BP Şirkətinin keçirdiyi müsabiqənin qalibi olub

BP Şirkəti tərəfindən Azəri-Çıraq-Günəşli layihəsinin 25 illiyi şərəfinə müsabiqə keçirilmişdir. Müsabiqəyə yüzlərlə insan qoşulmuşdur. Sentyabrin 20-dək davam edən müsabiqənin nəticələri açıqlanmışdır. Bir çox müsabiqə iştirakçıları müxtəlif çalışmalara düzgün cavablar təqdim etmişdir. Lakin yalnız 2 nəfər 4 çalışmadan 3-nə düzgün cavab vermişdir. Beləliklə, düzgün cavablar və qaliblər: Çalışma 1 | Şəkilaltı yazı: əsas meyar təklifin yazının […]

Mingəçevir Dövlət Universitetinin rektoru “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən tələbələrlə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüş birinci kurs tələbələri ilə görüşüb. Rektor Şahin Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmrilə pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün məqsədli təqaüd təsis edilməsi barədə […]

Ölkə üzrə 31432 nəfər narkoloji xəstə kimi uçota alınsa da, bu rəqəm reallığı əks etdirmir

Oktyabrın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Mingəçevirdəki Heydər Əliyev Mərkəzində şəhər aktivinin iştirakilə növbəti toplantısı keçirilib. Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub. Mövzu ətrafında Dövlət Komissiyasının işçi qrupu rəhbərinin […]

Yol polisi məktəbə gəldi

Mingəçevir şəhərindəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Mingəçevir Polis Şöbəsi Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov  deyib ki, məqsəd yol hərəkətində təhlükəsizliyi təmin etmək, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Gəncləri DYP ilə birgə tədbirlərdə iştiraka dəvət edən X.Məmmədov onları […]

Masallıda “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə  oktyabrın 28-də Masallı  şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar  keçirilib. “Cənub xəbərləri” qəzetinin konfrans  zalında keçirilən seminara Cənub bölgəsində fəaliyyət göstərən  yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə üzrə təmsilçiləri, həmçinin, yerli QHT və internet fəalları  qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə […]

Bələdiyyə kimindir?

  Bizim ölkədə uzaq yola heç kim təkbaşına çıxmaz, çünki nə özünə, nə də başqalarına güvənməzlər. “Heç kim” ifadəsi sizə bir az mübaliğə, yəni şişirtmə kimi gələ bilər, amma bu həqiqətdir, yəni çoxluq üçün. Hər kəs də hər gecə yatıb, aydın sabaha, güvənli günə oyanmaq istəyir. Hər güvənli sabah isə, sən yatana qədər çəkdiyin zəhmətin, […]

Iqtisadiyyat naziri Azərbaycanda inhisarçılığa qarşı mübarizəyə başladığını elan etdi

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, Vergilər naziri vəzifəsindən azad edilən və İqtisadiyyat naziri təyin edilən Mikayıl Cabbarov yeni postunda ilk müsahibəsini Azərbaycan Dövlət Televiziyasının “Həftə” verilişinə verib. AZTV.AZ xəbər verir ki, nazir qurumun yeni iş prinspiplərini, hədəflərini və nazirliyə birləşdirilən digər iki qurumun – Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət […]