Browsing monthly archive

Sentyabr 2019

Asfalt üzərində sülh düşüncələri

Sentyabrın 4-də Mingəçevirdə “Qoy həmişə günəş olsun” mövzusunda rəsm müsabiqəsi keçirilib. Şəhər stadionunda təşkil olunan müsabiqədə  28  uşaq və yeniyetmə iştirak edib. Uşaqlar asfalt üzərində çəkdikləri bir-birindən maraqlı rəsmlərdə mavi səma, sülh göyərçini, Qarabağ və müharibə barədə düşüncələrini əks etdiriblər. Uşaq–Gənclər İnkişaf Mərkəzinin əl işlərindən ibarət sərgi və balaca fidanların ifasında rəngarəng şeirlər də maraq […]

Goranboyun dağlıq hissəsində becərilən yer kökü

Goranboyun dağ kəndləri üçün yer kökü becərmək xarakterik olmasa da bir neçə müddətdir ki, bu yerlərdə bitkinin əkini aparılır. RayonunYenikənd kəndi ərazisində becərilən yer kökü bu il məhsuldarlığı ilə seçilir. Təsərrüfat sahibi hektaradan 30-35 ton məhsul götürməyin mümkün olduğunu deyir. Dağlıq ərazidə becərilən su sevən bitki dəmyə deyil, suni suvarma ilə becərilir. Həmçinin burada yerli […]

Məktəblərin açılmasına sevinək və həm də sağlam olaq!

“Məktəb yeməyi- gənc nəslin sağlamlığının bünövrəsidir”. Təəssüf ki, düzgün qidalanmanın sağlam həyat tərzinin əsası olmasını uşaqlar ya bilmir, ya da çox zəif bilir. Məktəb illərində, xüsusilə 10 yaşdan başlayaraq, uşaq daha məsuliyyətli və müstəqil olmağı öyrənir. Eyni zamanda insanlarla ünsiyyətə can atırlar. Uşaqlar qida rejiminə sərbəst əməl etməyi öyrənməli, müəllim və valideynlərinin nəzarəti olmadan da […]

Azərbaycanda enerjinin ixracı 2 dəfədən çox artıb

Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Bu barədə  “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat yayıb. Onun verdiyi məlumata görə, ötən ay 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 […]

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir

1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər davam etdirilir. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. […]

Süni intellektin labüd hegemonluğu

Artıq müasir dünya real fikir, real ideya və fəlsəfə ilə yaşayır. İnsanlar azad yaşamaq, nikbin olmaq istəyirlər. Onun ədəbiyyatı, incəsənəti, mədəniyyəti də qəm-kədərdən uzaqlaşmaq missiyasını yerinə yetirməyə çalışır. Dövrlə, zamanla ayaqlaşmaq istəyən yaradıcı insan realist və ayıq-sayıq, fəlsəfi düşüncə tərzi sağlam, intellektual səviyyəsi isə yüksək olmalıdır. Lakin cəmiyyətin böyük bir qismi bu dəyişmələrə, elmi-texniki yeniliklərə […]

Mingəçevirdə 3-cü mərtəbədən yıxılan körpə xoşbəxtlikdən sağ qaldı

Valideyn məsuliyyətsizliyi nəticəsində urbanı olan 2 yaşlı uşaq beş mərtəbəli binaın üçüncü mərtəbəsindən pəncərənin toru ilə birlikdə asfalt örtüyünün üzərinə düşüb. 2017-ci il təvəllüdlü Rəcəbov Uğur İlkin oğlu  hazırda xəstəxanadadır,  qarın nahiyyəsindən əməliyyat olunub. Qonşuların dediyinə görə, ailə bu binada kirayədə yaşayır. Faktla bağlı araşdırma aparılır.

Hərbiyə maşın ustası kimi çağırıldı, amma döyüşçü kimi şəhid oldu

Məhərrəm Şamxalov şəhid qardaşından danışanda göz yaşlarını saxlaya bilmir. Deyir ki, o, Mingəçevirdə, Qaz İstismarı İdarəsində işləyirdi: “1992-ci ildə şəhər hərbi komissarlığından çağırış vərəqəsi gəldi. Onu Ağdama yolladılar. Tahir ilk hərbi xidmətini Çexoslovakiyada başa vurmuşdu. Orada tank, BMP maşınlarının təmiri ilə məşğul olmuşdu. 5-ci dərəcəli usta idi. Ağdamda da təmirçilər rotasında qulluq edirdi. Döyüşlərin qızğın […]