Browsing monthly archive

Sentyabr 2019

Avropa İttıfaqı, BMTİP və ABAD-ın dəstəyi ilə aztəminatlı ailələrin maddi durumu necə dəyişir?

“Sıfırdan başladım. 17 toyuğum vardı, 4 qırqovulla dəyişdim. Onları görən kimi vuruldum”. “Hamı bildirçin saxlayır, mən isə qırqovulu seçdim”. Qurbanov Vaqif  Müslüm oğlu Zaqatala rayonunun Yuxarı Tala kənd sakinidir. İqtisad Universitetini bitirib. Altı il aqrar sənaye idarəsində baş mühasib işləyib. Kolxozlar dağılandan sonra isə kiçik sahibkarlıq fəaliyyətinə başlayıb. Təsərrüfatla məşğul olub. İcarəyə verdiyi obyektindən aldığı […]

İstedadlı uşaqlar üçün məntiq yarışı

Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olan Mingəçevir şəhər N. Gəncəvi adına 8 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən İstedadlı uşaqlar üçün “Yay Məktəbi” layihəsi çərçivəsində şagirdlər arasında keçirilən məntiq yarışının ikinci mərhələsi baş tutub. Təlimin növbəti günü şagirdlər riyazi təfəkkürü ilə yanaşı, sürətli düşünmə və cavab […]

Mingəçevir Dövlət Universitetində valideynlərlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2019/2020-ci tədris ili üçün birinci kursa qəbul olan tələbələrin valideynləri ilə görüşüb. Ş.Bayramov tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edib, övladlarının məhz Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alması qərarına görə onlara təşəkkürünü bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan dövlət siyasətinin məntiqi nəticəsi olaraq hazırda milli […]

Azərbaycan: İtkin düşmüş şəxslərin xatirəsinə həsr olunmuş konsert

16 sentyabr tarixində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi və iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişələr və digər zorakılıq halları nəticəsində itkin düşmüş şəxslərin xatirəsini yad etmək və Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək məqsədilə konsert proqramı təşkil etmişdir. Bu gün dünyada minlərlə insan […]

Mingəçevir Dövlət Universitetində “Bilik günü” qeyd olunub

Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” və 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə və valideynlər, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Bilik günü” və yeni […]

Mingəçevir Turizm Kollecində yeni tədris ilinin ilk günü

Təbrik nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor  Əyyub Əyyubov  ölkədə təhsilin, turizmin  inkişafına, turizm yönlü kadr hazlığı prosesinə  dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb:  “Cənab prezident İlham Əliyev başda olmaqla aidiyyati nazirlik və dövlət qurumları  ümumən cəmiyyətin hərtərəfli inkişafı üçün  bütün zəruri addımları atır, komleks tədbirlər həyata […]

Layiqli yaşam üçün “Öz biznesinə başla və onu inkişaf etdir”

Xüsusi çalarlar və qaşlarla cehizlik dəstləri hazırlamağın xəyalını quran Aidə Behbudova, bağlarda qalıb tələf olan yaş xurmanı qurutmağa qərar verən Rəfael Sulxayev və digərlərinin həyat hekayələri  1-ci hekayə Maliyyə savadlılığı ağıllı borcalmanın özəyidir “Adətən öz yerində kiçik pula sahib olan insan kənarda böyük pullar axtarmaqda maraqlı olmur. Kəndini atıb şəhərə gələn, hələ iş tapa bilsə, […]

Ekskursiya formatında düşərgə

Azərbaycan Gənclər Fondunin dəstəyi ilə  «Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı» İctimai Birliyi tərəfindən həyata keçirilən  “Tarixi və mədəni abidələrimizi öyrənək və təbliğ edək” adlı layihə  çərçivəsində  növbəti  ekskursiya formatında düşərgə təşkil olunub. Göygöl Olimpiya İdman Kompleksində sentyabrın  11-dən 13-dək cəbhəyanı  bölgələrdən olan  region gənclərinin  iştirakı ilə baş tutan  ekskursiya və düşərgənin iştirakçıları  müxtəlif maarifləndirici […]

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinə hazırlığın vəziyyətinə dair geniş tərkibdə iclas keçirilib. Universitetin bütün struktur bölmə rəhbərlərinin iştirak etdiyi iclasda yeni tədris ilinə hazırlıqla bağlı məsələlər ətraflı müzakirə olunub. Tədris ilinin başlaması münasibətilə əməkdaşları təbrik edən rektor Şahin Bayramov yay məktəbinin uğurla təşkil edildiyi və birinci kursa qəbul olunan tələbələrin sənəd qəbulu kampaniyasının […]

Avtovağzalın onlayn bilet satışı yarıtmaz işləyir

Dünən saat 23-də Bakı Beynəlxalq Avtovağzalının onlayn bilet satışı sistemindən bilet aldıq və kartla 14,80 manat ödədik. Qaydaya uyğun olaraq avtobusun yola dümə vaxtına yarım saat qalmış avtovağzala gəlib, 16-ci kassadan bileti götürmək istədik. Lakin dedilər ki, həmin yerlər bu gün başqa kassadan nəğd ödənişlə başqa sərnişinlərə satılıb. Əsas gətirdilər ki, bizim sifarişimiz sistemdə görünməyib. […]