Browsing monthly archive

Sentyabr 2019

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Bakıda keçirilən Beynəlxalq “Bolonya əməkdaşlıq forumu”nda iştirak ediblər

Alman Akademik Mübadilə Xidməti (DAAD, Bonn) DAAD Bakı Məlumat Mərkəzi ilə birgə “Bolonya əməkdaşlıq forumu” keçirir. Müvafiq qurumların nümayəndələrinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə Alman Akademik Mübadilə Xidmətinin siyasi dəstək şöbəsinin icraçı direktoru David Flores müasir dünyada təhsilin, xüsusilə ali təhsilin mühüm rolundan danışıb. İcraçı direktor forumun əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, tədbirin ümumi hədəfi Azərbaycan […]

Mingəçevir Dövlət Universitetində Azercell Tələbə Təqaüd Proqramı 2020 ilə əlaqədar tədbir keçirib

Sentyabrın 16-dan etibarən “Azercell Telekom” MMC tələbələr üçün 2019-2020-ci tədris ili üçün növbəti Təqaüd Proqramına start verib. Bu məqsədlə “Azercell Telekom” MMC tərəfindən Mingəçevir Dövlət Universitetində tədbir keçirilib. İnsan Kapitalının İdarəetmə Departamentinin mütəxəssisi Validə Orucova tələbələri salamlayaraq bildirib ki, öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər “Təqaüd Proqramı”na müraciət edə bilərlər.  […]

10-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcəkdir.  Bakıda Avropa Film Festivalının 10 illik yubileyi ilə bağlı Bakıda on dörd məftunedici Avropa kino günləri keçiriləcəkdir. Proqrama 14 Avropa İttifaqı ölkəsindən (Xorvatiya, Çex […]

Uşaqların oynadığı top mərmisi… FACİƏ BAŞ VERƏ BİLƏRDİ

APA TV-nin yerli bürosunun məlumatına görə, suyun çəkilməsi üzə çıxan naməlum əşya ərazidə məskunlaşan ailələrin kiçik yaşlı övladlarının diqqətini çəkib. Hərbi sursatı tanımayan uşaqlar hətta onunla oynamağa cəhd edib. Daha sonra ərazidə məskunlaşan məcburi köçkünlər onun mərmi olduğunu görüb, dərhal aidiyyəti qurumlara zəng edib. Polis əməkdaşları və ANAMA-nın xüsusi çevik əməliyyat qrupu əraziyə cəlb olunub. […]

STP panel məhsul çeşidini artırır

Yeni məhsul artıq bir sıra layihələrdə  müvəffəqiyyətlə istifadə olunub. STP panel brendi bundan öncə H50, H70 və H100 növlərində divar və dam sendviç panelləri istehsal edirdi. Texnopark  yaxın gələcəkdə sendviç panel məhsulları sırasına  H80 və H40 məhsullarını da əlavə etməyi planlayır.  Yeni çeşid sendviç panel məhsulları inşaat  həyata  keçirdən şirkətlərə konstruksiyaların quraşdırılması üçün məhsul seçimində […]

“Qafqaz: Gözəlliklər və kədər diyarı”

Kitabın redakoru, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı bu dəyərli əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda bütün türk dünyasına, islam aləminə qarşı açıq müharibəyə atılmış erməni millətçilərinin tarix  boyu törətdikləri çirkin əməllərdən, məkrli siaysətdən, Azərbaycanın və Türkiyənin torpaqlarını ələ keçirmək üçün həyata keçirdikləri cinayətlərdən söz açılır: ”Kitab hər bir azərbaycanlı, bu yurdu sevən […]

Goranboy-Ağcakənd yolunun ətrafında iri gövdəli ağac aşıb

Goranboy rayonunun Heydər Əliyev prospektində  iri gövdəli çinar ağacı küləyə tab gətirməyərək aşıb. Hadisə zamanı xəsarət alan olmayıb. Küləyin aşırdığı ağac avtomobillərin hərəkət etdiyi yola düşdüyündən gediş-gəlişdə müəyyən çətinlik yaranıb. Aşmış ağac aidiyyəti qurumlar tərəfindən ərazidən götürülüb. Güclü külək Goranboyun bir neçə yaşayış məntəqəsini işıqsız qoyub. Hazırda  rayonun  Ağcakənd, Qızılhacılı, Boluslu, Səfikürd, Tatarlı kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Sərnişinlər Bakı Metropoliteninin rəhbərliyinə müraciət yollayıb – FOTO

Bakı şəhərində yaşayan, işləyən və təhsil alan bir qrup sosial şəbəkə istifadəçiləri facebook sosial şəbəkəsi vastəsi ilə Bakı Metropolitenin rəhbərliyinə müraciət yollayıb. Məktubun mətnini oxucularımıza olduğu kimi təqdim edirik: Hörmətli, Bakı Metropolitenin rəhbərliyi. Bir çox vətəndaşlarımızın adından Bakı Metropolitenində olan neqativ hallar haqqında Sizi məlumatlandırmaq istəyirik. Hər gün səhər və axşam saatlarında əhali sıxlığını nəzərə […]

Başçı tapşırığını verdi: “Vətəndaş müraciətlərinə diqqətlə yanaşın”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sentyabrın 18-də şəhərin M.Maqomayev prospektindəki 50, 52 və 54 saylı yaşayış binalarının sakinləri ilə görüşüb. Ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışan başçı diqqətə çatdırıb ki, Azərbaycanda geniş quruculuq, yenidənqurma işləri reallaşır, ölkənin ən ucqar bölgələrinə qaz xətti çəkilir, su-kanalizasiya sistemi yenidən qurulur, işıqlandırma sistemi müasirləşir, yaşıllıq […]

Mingəçevirdə musiqi bayramı

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Dahi bəstəkar və musiqişünas alimin 134 illik yubleyi elə onun adını daşıyan Mingəçevir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin qarşısında, açıq havada, xalq çalğı alətləri orkestrinin ifasında canlı konsert proqramı […]