Mingəçevir Dövlət Universitetində valideynlərlə görüş keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2019/2020-ci tədris ili üçün birinci kursa qəbul olan tələbələrin valideynləri ilə görüşüb. Ş.Bayramov tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edib, övladlarının məhz Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alması qərarına görə onlara təşəkkürünü bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan dövlət siyasətinin məntiqi nəticəsi olaraq hazırda milli […]