Browsing monthly archive

Sentyabr 2019

Mingəçevir Dövlət Unuversitetinin nümayəndə heyəti Azərbaycanda Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalında iştirak ediblər

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə elan olunmuş “Nəsimi ili” çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Şamaxı tarix-diyarşünaslıq muzeyində “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub.Təqdimat mərasiminə Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının dosenti, […]

Yevlaxda zibil yandıran sakin kəndi işıqsız qoydu

Yevlax rayonunda yanğın baş verib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Əkşəm kəndində qeydə alınıb. Həyətində təmizlik apardığı zaman tullantılardan ocaq qalayan kənd sakini ehtiyatsızlıqdan daha ciddi yanğına şərait yaradıb. Alov öncə çəpərə, oradan isə xəttinə çataraq qəzaya və güclü yanğına səbəb olub. Nəticədə kəndin böyük bir hissəsi işıqsız qalıb. Hadisə yerinə 2 […]

Bakının və Mingəçevirin ilk universitetləri əməkdaşlıq barədə protokol imzaladılar

Sentyabrın 30-da Bakı Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevirdə olub. BDU-nun 100 illik yubiley təntənələri ilə eyni vaxta təsadüf edən səfər Mingəçevir Dövlət Universitetində qarşlıqlı əməkdaşlığa köklənən maraqlı çıxışlarla yadda qalıb. MDU-nun rektoru Şahin Bayramov vurğulayıb ki, Azərbaycan ali təhsilinin bayraqdarı hesab edilən BDU-nun yubileyi dövlət səviyyəsində qeyd edilir. “Mingəçevir mənim ən çox sevdiyim şəhərlərdəndir. Dəfələrlə […]

“Gecələr”i nəğməyə kim çevirib?

Mahir qarmon ustası kimi tanınan Zabit Sultanov tələbəlik illərindən bəstəkarlığa başlamışdı və ali məktəbi bitirdikdən sonra Mingəçevirə gələrək, burada da yaradıcılığını davam etdirirdi. Onun vəfatı ilə əlaqədar 15 dekabr 1995-ci ildə “Azərbaycan işıqları” qəzetində dərc etdirdiyi məqalədə pedaqoq Bəhram Ağalarov yazırdı ki, xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Gecələr” mahnısı ilə musiqi həvəskarlarının diqqətini cəlb […]

Su çəkildi, texnika iflic oldu, sahələr quruyur

Şirvan bölgəsinin 11 rayonunda təsərrüfat sahələrinin suvarılmasında çətinlik yaranıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, səbəb Mingəçevir su anbarında suyun səviyyəsinin aşağı düşməsidir. Bu da Yuxarı Şirvan kanalının ötürücülük qabiliyyətini azaldıb. Çətinlik yaranan rayonlarda ərazilərinin suvarılması da məhz bu kanal vasitəsilə həyata keçirilir. Sıxıntı əsasən yağıntı azlığı ilə izah edilir. 3400 metr məsafədən kanalın texniki […]

Səs

«Dünya, bizi niyə eşitmirsən? Bizi incidirlər, əzirlər, öldürürlər». Elə istəyirdim ki, giley-güzarımı  dünyanın üstünə tökməkdə davam edim, dünyadan səs gəldi:”Sən məni eşidirsənmi? Dünya qanunlarla idarə olunur, sən qanunun nə olduğunu bilirsənmi?”. Düzü, çaşıb qaldım, söhbət hansı qanunlardan gedir?! Astadan dedim:”Mən dünyanın insanlarına səslənirdim, sən hansı dünyanın səsisən?”. Cavab gəldi:”Elə mən də dünyanın insanlarının səsiyəm, özü də qanunlarla […]

İcra Hakimiyyəti başçısı Energetik yaşayış massivində

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 27-də Energetik yaşayış massivində sakinlərlə görüşüb. Şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi nailiyyətləri, regionlarda həyata keçirilən inkişaf proqramı, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşan layihələr barədə danışıb. Başçı bildirib ki, Mingəçevirdə küçə və prospektlərin asfaltlanması, park və istirahət məkanlarında sakinlərin istirahəti üçün […]

İcra Hakimiyyəti başçısı Energetik yaşayış massivində

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 27-də Energetik yaşayış massivində sakinlərlə görüşüb. Şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi nailiyyətləri, regionlarda həyata keçirilən inkişaf proqramı, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşan layihələr barədə danışıb. Başçı bildirib ki, Mingəçevirdə küçə və prospektlərin asfaltlanması, park və istirahət məkanlarında sakinlərin istirahəti üçün […]

Mingəçevir Dövlət Universitetində 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı seminar-treninq təşkil olunub

Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1040 nömrəli Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması cari il oktyabrın 1-10-da keçiriləçək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib. Fərmandan irəli […]

Mingəçevir Dövlət Universitetində “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində “BİR” Tələbə-Könüllü Proqramının növbəti görüşü keçirilib. Əsasən birinci kurs tələbələrinin böyük maraqla qatıldığı tədbiri “BİR” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov aparıb. Qeyd edib ki, “BİR” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəylik simvoludur. Adını bu dəyərlərədən alan “BİR” Tələbə Könüllü Proqramı Azərbaycanın ali təhsil müəssisələrinin, kolleclərinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və […]