Browsing monthly archive

Avqust 2019

Üçəmin valideynlərinə nə kimi dəstək göstəriləcək?

Mingəçevir Şəhər İcra Hakimiyyəti  başçısının avqustun 9-da 9 saylı məktəbdə keçirilən görüşü daha çox Ağdamdan olan məcburi köçkün Zaur Həsənovun  çıxışı ilə yadda qalıb. O, bildirib ki, üçəm övladları olandan sonra onlara diqqət və qayğının göstərilməməsi, xüsusilə ailənin ərzaqla təminatında, mənzil şəraitinin uyğun olmamasında problemlər yaşaması ilə bağlı ölkə başçısına, Heydər Əliyev Fonduna, eyni zamanda […]

Yerli özünüidarəetmə qurumu 6 ayda nəyə nail olub?

Keçirilən iclasların ümumi sayı  –  11 Gündəlikdəki məsələlərin sayı – 71 O cümlədən; -Torpaqla əlaqədar məsələlər – 14 -Şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı məsələlər – 15 -Yardımlar – 11 -Təşkilati və digər məsələlər – 31 II. DAXİL OLAN ƏRİZƏ VƏ MÜRACİƏTLƏR BARƏSİNDƏ […]

İcra Hakimiyyəti başçısının müavini hansı təşkilatların fəaliyyətindən narazılığını bildirdi?

Avqustun 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2019-cu ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının  vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş iclası olub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun giriş nitqindən sonra gündəlikdə duran məsələ barədə İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova məruzə edib. Şəhərimizin müxtəlif sahələrinin problemlərinə […]

İsmət Qayıbov və Dilarə Əliyeva küçələrində nə çatışmır?

İcra Hakimiyyəti başçısı avqustun 7-də 7  nömrəli məktəbin foyesində D.Əliyeva küçəsindəki  1 və 2, İ.Qayıbov küçəsindəki 3, 3/1 və 6 saylı binaların sakinləri ilə görüşüb. Son vaxtlar mövcud ərazidə abadlıq-quruculuq işləri həyata keçirilib. Belə ki, binaların fasadları qaydaya salınıb, həyətlərdə oturacaqlar qoyulub, ağacların dibləri bellənib və sulanıb, gövdələri ağardılıb.  Mingəçevir Şşəhər İcra Hakimiyyəti başçısı İlham […]

Mingəçevirli QHT sədri Leyla Əliyevaya müraciət etdi

7NEWS.az xəbər verir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA)təsisçisi və sədri Leyla Əliyevaya müraciət edib. Müraciət mətnini olduğu kimi təqdim edirik: Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevaya […]

Güclü külək Mingəçevirdə fəsadlar törədib

Şəhərin Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağacları və budaqlarını külək aşırıb. Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı avtomobil yoluna aşıb. Nəticədə prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Aidiyyəti qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.

Toy karvanıyla gedən ata-bala qəzaya düşdü

Hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb. İlkin ehtimala görə, toy karvanında olan “KİA” markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq, yoluna davam edib və hərəkətdə olan “BMW” markalı avtomobilin qarşısına çıxıb. Onların toqquşması nəticəsində iki  nəfərin-1976-cı il təvəllüdlü Rövşən Soltanov və oğlu, 2002-ci il təvəllüdlü Məhəmmədəli Soltanovun yüngül xəsarət aldığı bildirilir. Mingəçevir Xəstəxanasından […]

Dövlət yeni idarəetmə formasına keçən köhnə binalara dəstək göstərəcək

Avqustun 2-də İqtisadiyyat Nazirliyində Mənzil-kommunal siyasəti şöbəsinin nümayəndələri ilə MVA-nın rəhbəri Fərman Nəbiyevin məsləhət görüşü olub. Görüş Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində baş tutub. 2 saatdan artıq davam edən görüşdə İqtisadiyyat Nazirliyinin […]

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Uinversitetinin (MDU) rektoru vəzifəsinə təyin olunmuş iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Vaqıf oğlu Bayramov avqustun 2-də universitetin kollektivinə təqdim edilib. Rektoru təqdim edən Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Şahin Bayramovun iş təcrübəsi və elmi fəaliyyəti haqqında məlumat verib. […]

Küçə ticarəti ilə məşğul olanlara sərt xəbərdarlıq

Yaşıllıq zolaqlarında, yol kənarında və səkilərdə küçə ticarəti və iaşə xidmətləri göstərilməsi mingəçevirlilərin narazılığına səbəb olur. Şəhər ərazisində icazə verilməmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan belə şəxslər barədə məlumatların toplanması və aidiyyəti orqanlara təqdim olunması ilə bağlı şəhər rəhbərliyi sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Şəhər İcra Hakimiyyətinin komissiyası ərazilərə baxış keçirib […]