Browsing monthly archive

Avqust 2019

Şəhid anası oğluna iş tapa bilmir

Milli Qəhrəman Mirabov Rəşad Akif oğlu 3 may 1975-ci ildə Mingəçevirdə anadan olub. Şəhərdəki 7 saylı məktəbdə təhsil alan Rəşad bir müddət atasının yanında – Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi kimi çalışıb. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Əvvəlcə  indiki H.Z.Tağıyev qəsəbəsində, sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçib, xüsusi təyinatlı hissədə […]

70 yaşlı velosipedçi 4 min km yol qət edib

APA-nın Mingəçevir bürosunun nümayəndəsi Ehtiram Muradov məlumat verir ki, velosiped həvəskarı olan 70 yaşlı şəhər sakini Abid İsmayılov səyahətini başa vuraraq geri dönüb. Onu dostları, media nümayəndələri və idman həvəskarları qarşılayıb. Bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə fərqli marşrutlarla velosiped turu təşkil edən təqaüddə olan müəllim bu dəfə 4 min kilometr məsafə qət edib. O, […]

Finalın qalibləri mükafatlandırılıb

Şəhər Gənclər və İdman İdarəsi və mənzil istismar sahələri yay tətili günlərində idmanın müxtəlif növləri üzrə məhəllələrarası birincilik yarışları təşkil edib. Bura yeniyetmə və gənclər, xüsusən qızlar, eyni zamanda yaşlılar arasında keçirilən futbol və dama, nərd, şahmat və voleybol oyunları daxildir. Avqustun 22-də Şahmat məktəbinin həyətində dama və furbol üzrə final yarışları baş tutub. Şəhər […]

Mingəçevir Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı davam edir

Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş tələbələrin qeydiyyata alınması avqust ayının 15-dən başlanıb. 2019-2020-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 770 plan yerinə 726 nəfər (94,28%) qəbul olunub. Avqustun 21-nə olan məlumata görə, universitetdə 410 nəfər tələbə qeydiyyatdan keçib ki, onlardan 104 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq tələbələrdir. Yeni qəbul olan tələbələrə kömək məqsədilə […]

İHB yanında şuranın növbəti iclası keçirilib

Avqustun 20-də maraqlı tərəflərin iştirakilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında 3 məsələ müzakirə olunub. İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri İlqar Pirməmmədov Mingəçevir şəhərində icazə verilməmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan şəxslər barədə məlumatların toplanması haqqında məruzə edib. İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini […]

Kimə qəzet oxuyarsan?

    Mətbuatımızla bağlı çatışmazlıqları bir-neçə məsələ şəklində birlikdə müzakirə edək. Mətbuatımız kimə oxşayır? Məsələ 1. Oxucunun ardınca getmək, yoxsa oxucunu formalaşdırmaq? Mövcud olan qəzetlər və xəbər saytları fikrimcə oxucunun ardınca qaçmağa çalışır, sanki- “məni oxu, mən maraqlı yazıram”,-deyə. Əslində bu ən asanıdır, çünki oxucu toplamaq üçün vaxt və əmək sərf etmək  lazım gəlmir, oxucunun zövqünü “oxşamaq” üçün “cazibədar” […]

1150 ailəyə qurban payı çatdırılıb

Avqustun 12-də Mingəçevirdə Qurban bayramı münasibətilə rəngarəng tədbirlər düzənlənib. Mingəçevir Turizm Kollecinin həyətində ictimaiyyət nümayəndələrinin iştirakilə baş tutan şəhər tədbirinə İcra Hakimiyyəti başçısı İlham İsmayılov da qatılıb. O, bildirib ki, Azərbaycanda milli-mənəvi və islami dəyərlərə həmişə diqqət olub: “Baxmayaraq ki, ölkəmizdə din dövlətdən ayrıdır, lakin din xadimlərinə normal fəaliyyət göstərmələri üçün dövlət səviyyəsində hər cür […]

Tələbə adınız mübarək olsun!

Bu hekayəmi ali məktəbə qəbul olmuş və tələbə adını qazanmış bütün gənclərimizə hədiyyə edirəm və istərdim ki, bu fürsətin, tələbəliyin gözəlliyini anlasınlar. Kitablarla, müəllimlərlə daha yaxşı ünsiyyət qurub, onlardan faydalansınlar. Mənim hekayəm.  BDU-nun 100 illiyinə!   Riyazi analiz dərsimiz idi. Müəllim lövhədə yazı yazırdı, daha doğrusu məsələ həll edirdi, daha da doğrusu funksiyaların tam differensialını […]

Gənclər arasında mütaliə vərdişlərini gücləndirmək üçün

Açılışda çıxış edən layihə rəhbəri Türkan Əkbərova “Hilal Book cafe” haqqında qonaqlara məlumat verərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi Sosial Sahibkarlığın təməl prinsiplərini əsas götürərək, Mingəçevirdə yaşayan gənclər arasında mütaliə vərdişlərini gücləndirməkdir. Biz gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək üçün mütəmadi intellektual oyunlar, debatlar, yazıçılar və ictimai xadimlərlə görüşlər […]

ANA SÜDÜ ƏVƏZSİZDİR

  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə icrasına başladığı “Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində 2019-cu il 23-25 iyul, 31 iyul – 02 avqust tarixlərində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Körpə dostu klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirilib. Mingəçevir şəhər, Yevlax və Ağdaş […]