Browsing daily archive

Avqust 5, 2019

Güclü külək Mingəçevirdə fəsadlar törədib

Şəhərin Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağacları və budaqlarını külək aşırıb. Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı avtomobil yoluna aşıb. Nəticədə prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Aidiyyəti qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.

Toy karvanıyla gedən ata-bala qəzaya düşdü

Hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb. İlkin ehtimala görə, toy karvanında olan “KİA” markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq, yoluna davam edib və hərəkətdə olan “BMW” markalı avtomobilin qarşısına çıxıb. Onların toqquşması nəticəsində iki  nəfərin-1976-cı il təvəllüdlü Rövşən Soltanov və oğlu, 2002-ci il təvəllüdlü Məhəmmədəli Soltanovun yüngül xəsarət aldığı bildirilir. Mingəçevir Xəstəxanasından […]