Browsing monthly archive

Avqust 2019

Polis Mingəçevirdə oğurluq edən dəstəni yaxaladı

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Mingəçevir və Şirvan Şəhər Polis Şöbələri əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-ə keçən gecə Mingəçevir şəhərindəki mənzillərin birindən 7 500 ABŞ dolları, 4 500 avro, 2 ədəd üzük və 1 ədəd qızıl sırğa oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T. Atakişiyev, Sabirabad rayon sakinləri S. Quliyev Mingəçevir […]

MVA Qarabağ Qaziləri, məcburi köçkünlər və gənclər üçün MMM-də təlim keçdi

Mingəçevir Valideynlər Assosiasiyasi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  icra etdiyi  dördüncü təlim  Mingəçevir Media Mərkəzində gerçəkləşdirilib.  Təşkilatın idarə heyətinin üzvü Yeganə Nəbiyevanın sözlərinə görə, “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili”  layihəsi   çərçivəsində keçirilən təlimə Qarabağ Qaziləri,  məcburi köçkünlər və […]

Bu il tələbə adını qazanan 460 mingəçevirlinin 120-si MDU-nu seçib

Bu barədə fikirlər avqustun 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olan tələbələrlə görüş zamanı səsləndirilib. Gəncləri tələbə adı qazanması münasibətilə təbrik edən Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlərdən danışıb: ”Son illərdə Mingəçevirdə 4 yeni məktəb binası tikilib. Biri da hazırda inşa olunur. 11 məktəbin […]

RİİB-in sosial layihələr müsabiqəsində iştirak etmək şansınızı qaçırmayın

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) avqustun 28-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində QHT və ictimaiyyət nümayəndələri, tələbə elmi cəmiyyəti və gənclər təşkilatının, könüllülər hərəkatının üzvləri üçün informasiya sessiyası keçirib. Birliyin sosial layihə müsabiqəsinin rəhbəri Şahin Seyidzadə 20 noyabr 2019-cu ilədək davam edəcək müsabiqənin qaydaları barədə məlumatları bölüşüb. O, bildirib ki, ən yaxşı layihə təkliflərinə maliyyə dəstəyi […]

Vətəndaşın tələb etdiyi kompensasiyanı icra hakimiyyəti hansı mənbədən ödəməlidir?

Bu və digər suallara avqustun 27-də Mingəçevir Şəhər İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti iclasında cavab axtarılıb. İHB-nın müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova 2019-2020-ci ilərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlərdən danışıb. Məruzədə və digər çıxışlarda vurğulanıb ki, ən ciddi problem tüstü bacalarının mütəmadi təmizlənməməsi ilə bağlıdır. […]

34 yaşlı gənc iş yerində faciəvi şəkildə ölüb

Azərbaycan İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib. Belə ki, stansiyanın işçisi Sənan Yəhyayev 6000 kvt-lıq transformatora düşərək, yanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 1985-ci il təvəllüdlü Mingəçevir sakininin azyaşlı uşaqları vardı.

Xanımtər Vəliyeva: MDU biliyə və şəffaflığa dəyər verən ali məktəbdir

Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. Birinci mərhələdən sonra Mingəçevir Dövlət Universitetinə bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-si saat 17:00-dək davam edəcək. Avqustun 26-na olan məlumata görə Mingəçevir Dövlət Universitetinə qəbul olan 726 nəfərdən 600 nəfəri artıq qeydiyyatdan keçmişdir. Qəbul olan tələbələr arasında yüksək balla “Marketinq” ixtisasına qəbul olan Xanımtər […]

Zaqatalada “İncəsənət sosial inkişafda vasitə kimi”

Education HUB-ın “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” təlimlərinin ikinci mərhələsi Zaqatalada baş tutub. 2019-cu ilin 18 avqustundan 23-dək davam edən təlimlər zamanı Azərbaycanın bölgələrindən olan gənclər layihə menecmentinin əsas müddəalarını öyrəniblər.  25 nəfər gəncdən ibarət qrup layihələrin yazılışı, layihə xərcləri və idarəetmə, planlaşdırma, monitorinq və risklərin idarəolunması ilə bağlı […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi: 622 bal toplayaraq arzumu reallaşdıra bildim

Müəllimlik şərəfli, müqəddəs və eyni zamanda, məsuliyyətli peşədir. Müəllimlik cəmiyyətin mənəvi inkişafına, mədəni təkamülünə xidmət edən peşədir. Son illər müəllim peşəsinə maraq artıb. Ölkə rəhbərliyi pedaqoji kadr hazırlığına və müəllimlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki, 2019/2020-ci tədris ili üçün 500-dən yuxarı yüksək bal toplayaraq Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş tələbələrin […]

Mingəçevir Dövlət Universitetinin 15 yaşlı ən gənc tələbəsi

Mingəçevir Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı davam edir. Məlum olduğu kimi qeydiyyat avqust ayının 15-dən başlanıb. 2019-2020-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 770 plan yerinə 726 nəfər (94,28%) qəbul olunub. Avqustun 24-nə olan məlumata görə, universitetdə 543 nəfər tələbə qeydiyyatdan keçib ki, onlardan 116 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq tələbələrdir. 2019-2020-ci […]