Browsing monthly archive

İyul 2019

WhatsApp-da silinən mesajları oxumaq mümkündür!

Günümüzdə ən çox istifadə olunan WhatsApp Messenger mobil tətbiqində yeni bir boşluq aşkarlanıb. Belə ki, bu məhşur mesajlaşma tətbiqində silinən mesajları oxumağın bir yolu varmış. Sizinlə danışan şəxs sizə yolladığı mesajı silsə belə siz onu oxuya bilərsiniz. Bunun üçün WhatsApp mobil tətbiqini telefondan silib yenidən yükləmək kifayətdir. WhatsApp yenidən yüklənib tamamlandıqdan sonra mesaj tarixiniz saxlandığına […]

Qarabağ şəhidi Rahim Tağıyev anılıb

Aprel döyüşlərində Mingəçevir şəhəri 4 şəhid verdi.  Onlardan biri qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Rahim Qara oğlu Tağıyevdir. Rahimin şəhidliyini 3-cü  ildönümündə onun doğmaları və  hərbçi dostları,  İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanına gələrək, məzarını  ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin övladları – Ülkər, Nihat və Nicat ataları ilə fəxr etdiklərini və […]

“Problemin yaxşı ifadə edilməsi onun həllinin yarısıdır”

“Baxmayaraq ki, Mingəçevir Kür çayının sahilində yerləşir, onun park və xiyabanları susuzluqdan yanır. “Azərsu” Səhmdar Cəmiyyətinin nümayəndələri  şəhərdə yaşıllığın qəniminə çevrilib. Onlar ictimai su xətlərini bağlayaraq, havanın 40-42 dərəcəyə çatdığı yay günlərində çoxillik agaclarla yanaşı yeni əkilmiş ağacların da məhvinə fərac veriblər. Sakinlərin narazılıqları kütləvi hal alıb. Əksəriyyət imzatoplama kampaniyasına qoşulub. Əslində bu, su qıtlığı […]

STP Azərbaycan istehsal sənayesi üçün gənc mütəxəssislərin yetişməsinə xidmət edir

Azərbaycanın ən böyük iş yerlərindən birinə sahib olan Sumqayıt Texnologiyalar Parkı  minlərlə insan üçün  iş imkanı yaradır.  Sumqayıt üzrə  ən yüksək orta aylıq əməkhaqqı  göstəricisinə malik  Texnopark əmək bazarında  böyük maraqla izlənilir. Bu da müəssisəyə bacarıqlı və təcrübəli  kadrların cəlb olunmasına imkan yaradır. Bunlarla yanaşı STP  yetişməkdə olan gələcək nəslin və istehsal sənayesinin inkişafı istiqamətində […]

MDU-da nəcib ziyali, layiqli vətəndaş, sevimli müəllim, müdrik el ağsaqqali Mirzə Gümayevin 80 illik yubileyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində “Mexanika” kafedrasının baş müəllimi Mirzə Həsən oğlu Gumayevin anadan olmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Mirzə Gumayevin keçdiyi həyat yoluna və Mingəçevirdə mütəxəssis və müəllim kimi fəaliyyətindən söz açıb. Qeyd edib ki, hər bir xalq özünün görkəmli, istedadlı şəxsiyyətləri, […]

Mingəçevir Dövlət Universitetində sessiya imtahanları başa çatıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 14.05.2019-cu il tarixli F-265№li əmrinin icrası ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə 17 may 2019-cu il tarixdə 62№li müvafiq əmr imzalamışdır. Qeyd edək ki, imtahan sessiyasında bakalavr təhsil pilləsi üzrə, əyani və […]

Azərbacanda ən unutqan insanlar harada yaşayırlar?

“Maxim” xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Mariya Puxovanın qəzetimizin müxbirinə verdiyi məlumata görə, Azərbaycanda 2019-cu ilin əvvəlindən “Maxim” xidmətinin sərnişinləri taksidə 958 əşya unudublar: “Bu o deməkdir ki, hər gün ölkə daxilində təxminən 5 insan öz əşyalarını avtomobildə yaddan çıxarır. Bununla belə, bəzi şəhərlərdə il ərzində stabil olaraq çoxlu sayda müraciət müşahidə olunur. Aparılan araşdırma […]

QHT Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ətraf mühitin qorunmasında vətəndaş cəmiyyətinin rolu barədə tədbirlər icra edir

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyinin təşkilatçılığı  ilə “Ətraf  mühitin  qorunmasında vətəndaş cəmiyyəti  institutlarının rolu mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində iyulun 9-da təlim gerçəkləşdirilib.  Təlimçi Fizuli Əsədov layihə barədə geniş məlumat verib. F.Əsədov deyib ki, ətraf mühitin […]

Ayna-plus.az saytından seçmə

QORXULARIMIZ İnsan çox möhtəşəm məxluqdur, sevincləri, kədərləri, arzuları, gündəlik planları, işi, maşını, evi və daha nələri var. Maddi olanları təsdiq edən sənədləri də var. Var da, amma bəzilərinə bunlar mənasız gəlir, çünki bütün bu olanların bir qara qəpiyə dəymədiyini anladan, hərdən xatırladan  duyğu da var — qorxular. Amma bu qorxular  evsiz, işsiz, paltarsız qalmaq, ac […]

Mingəçevir su hövzəsində reyd zamanı nə üzə çıxdı?

Son günlər mətbuatda Kür çayının Mingəçevirdən keçən hissəsində qanunsuz balıq ovu edildiyi, torlar qurulduğu barədə xəbərlər yayılıb. Hətta bu torların avarçəkənlərin hərəkətinə də çətinlik yaratdığı bildirilib. Mövcud vəziyyəti yerində yoxlamaq üçün çayın Mingəçevir şəhəri ərazisindən Yevlax rayonunun Varvara  Su Elektrik Stansiyasınadək olan su hövzəsində reyd keçirilib. Su Polisinin və 8 saylı Regional Ekologiya və Təbii […]