Browsing daily archive

İyul 26, 2019

Mingəçevir şəhərində bank əməkdaşı bıçaqlanıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün banklardan birinin qarşısında baş verib. Belə ki, tanışı tərəfindən bayıra çağırılan bank əməkdaşı Həsənov Aydın Sədrəddin oğlu həmin şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Ana südü ilə qidalanmanın təşviqi

23-25 iyul 2019-cu il tarixlərində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Körpə-dostu klinikasının təşəbbüsü ilə “Körpə-dostu klinikasında ana südü ilə qidalanmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirildi. İcbari Tibbi Sığortanın pilot layihə kimi tətbiq edildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında yenidoğulmuşlarla çalışan tibb bacılarının iştirak etdiyi təlimdə ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığının qorunması […]

Mingəçevirdə İftar süfrəsi

İyulun 26-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə iftar süfrəsi təşkil edib. Açılışına bu mübarək mərasimlə başlayan “Ana Kür” şadlıq sarayında 300-dək dindar və ictimaiyyət nümayəndəsi toplaşıb. Heydər məscidinin imam müavini Müşfiq Nəcəfov Islamın müqəddəs bayramları içərisində orucluğun mühüm yer tutduğundan danışıb, Quranın Əl Bəqərə surəsinin 183-cü ayəsini xatırladaraq, bildirib ki, “Ey iman gətirənlər! […]