Browsing daily archive

İyul 17, 2019

İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 51 gənc Azərbaycan, 33 gənc isə rus bölməsi üzrə bitirib

Bu tədris ilində Mingəçevirdəki İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 84 gənc (51-i Azərbaycan, 33-ü isə rus bölməsi üzrə) bitirib  Onlardan biri- Ülviyyə Əmrahlı qızıl medala, 3-ü isə (Aygün Həsənova, Ülviyyə Nəcəfli, Laçın Bağıyev) fərqlənmə attestatına layiq görülüb. Məktəbin direktoru  Xumarə Mikayılova deyir ki, əksər məzunlar Azərbaycanın və Rusiyanın nüfuzlu univeristetlərinə qəbul olunublar. […]

Goranboyda feodal qəsrini xatırladan məkan tapılıb

Mis pullar, müxtəlif qablar, divar və bürc qalıqları, görünüşcə qədim feodal qəsrini xatırladan məkan Goranboyda aşkarlanıb. Hər hansı mülkədar və ya feodala aid olduğu güman edilən qəsr 3 il öncə ərazidə iş aparan BP əməkdaşları tərəfindən üzə çıxarılıb. Arxeloji tapıntının əhəmiyyəti nəzərə alınaraq, kəmərin marşurutu dəyişdirilib və sahənin yanından ötmək qərara alınıb. Bundan sonra Kərpicli […]

Küçə itləri 24 yaşlı Əsəd Əsədovu dişləyib

O, vəhşi itlərdən qurtulmaq üçün yaxınlıqda olan həyətin hündür darvazasının üzərinə qalxıb. Buna baxmayaraq, sahibsiz itlər Əsəd Əsədovun hər iki əlinin barmaqlarını dişləyib. Zərərçəkən ətrafdakıların köməyi ilə təcili yardım avtomobili  ilə xəstəxanaya çatdırlıb. Şəhər sakininə quduzluq əleyhinə vaksin vurulub. Mingəçevir Mərkəzi Xəstəxanasından bildirilib ki, zərərçəkənə quduzluq əleyhinə vaksin vurulub və vəziyyəti hazırda normaldır.

Rusiya keçmiş SSRİ-də doğulan hər kəsə vətəndaşlıq vermək üçün qanun hazırlayır

“İndi SSRİ-də doğulmuş bütün insanlara Rusiya vətəndaşlığı əldə etmək üçün gözəl bir fürsət yaranıb. Xarici vətəndaşlıqdan imtina edilməsi üçün sonsuz sayda sənəd toplamaq lazım deyil”.  Bu məlumat “Komsomolskaya Pravda” qəzetində nəşr olunub. Qəzetin yazdığına görə, layihə Dövlət Dumasının Milli İşlər Komitəsi tərəfindən təsdiqlənib. Layihə Rusya vətəndaşlığın əldə etmək prosesini, xüsusən də rus dilində danışanlar üçün […]

Ağdaşda 10 aylıq körpənin ölümü ilə bağlı cinayət işi açılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini,  6 sentyabr 2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb. Agentlikdən mətbuata verilən məlumata görə, hazırda araşdırma aparılır və  hadisə ilə bağlı cinayət işi açılıb. Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında iyulun 7-8-də gecə növbələrində olan şəxslərdən hadisənin təfərrüatları və başvermə […]