Browsing daily archive

İyul 11, 2019

Baba nəvəsinin gözü qarşısında keçindi

Şəhərdəki  parkda nəvəsini gəzdirən 78 yaşlı Mingəçevir şəhər sakini Səlimov Yahuzər Bəxtiyar oğlunun qəflətən halı pisləşib. Parkın yaxınlığındakı çayxanada stullardan birində əyləşən yaşlı kişi elə oradaca keçinib. Yaxınlarının bildirdiyinə görə, səhər evdən çıxan babanın səhhəti ilə bağlı heç bir problemi olmayıb. Fakrla bağlı araşdırma aparılır.

Mingəçevirdə qadın özünü beşinci mərtəbədən atdı

Hadisə şəhərin Naxçıvan küçəsindəki 48 saylı ünvanda qeydə alınıb. 1962-ci il təvəllüdlü şəhər sakini Qiyafət Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Onun psixoloji problemlərinin olduğu bildirilir. Qonşularının dediyinə görə, qadın müalicə olunmaq məqsədilə mütəmadi dərmanlar qəbul edirmiş. Faktla bağlı araşdırma aparılır.

Məhəbbət faciəsindən bəhs edən “Qanlı toy” Mingəçevir teatrında

Mingəçevir  Dövlət Dram Teatrında səhnələşdirilən iki pərdəli “Qanlı toy” tamaşası  ispan  yazıçısı Federiko Qarsiya Lorkanın eyni adlı əsərinin motivləri əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru  Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının baş rejissoru,  əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın hazırlıq prosesinə Gənc  Tamaşaçılar Teatrından daha bir mütəxəssis- Ceyhun Dadaşov da cəlb olunub. Quruluşçu rəssam Kəmalə Əgərova, səs […]

“Dini radikalizmə və ekstremizmə “yox” deyək”

Dövlət qurumlarının birgə təşkilatçılığı ilə “Dini radikalizmə və ekstremizmə “yox” deyək” mövzusunda marifləndirici tədbir keçirilib. DQİDK Yevlax bölgəsi üzrə şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevir şəhər İdarəsinin nümayəndələri dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı, xüsusən də Yaxın Şərqi narahat edən aktual məsələlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, dini radikalizm və ekstremizmə qarşı ölkəmzidə […]

“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsi sona çatdı

“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimi keçirilib 11 iyul 2019-cu il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin Litvanın sosial müdafiə qurumları ilə birgə icra etdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin […]

WhatsApp-da silinən mesajları oxumaq mümkündür!

Günümüzdə ən çox istifadə olunan WhatsApp Messenger mobil tətbiqində yeni bir boşluq aşkarlanıb. Belə ki, bu məhşur mesajlaşma tətbiqində silinən mesajları oxumağın bir yolu varmış. Sizinlə danışan şəxs sizə yolladığı mesajı silsə belə siz onu oxuya bilərsiniz. Bunun üçün WhatsApp mobil tətbiqini telefondan silib yenidən yükləmək kifayətdir. WhatsApp yenidən yüklənib tamamlandıqdan sonra mesaj tarixiniz saxlandığına […]