MDU alimi Mayıl İsmayılov Sloveniyanın Universitetində mühazirə deyib. Azərbaycanın Qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylonun) qəbrini ziyarət edib
Mingəçevir Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Mayıl İsmayılov Erasmus+ proqramı çərçivəsində Sloveniyada Novo-Qoriça Universitetində mühazirə deyib. Mayıl İsmayılov Novo-Qoriça Universitetinə müəllim mübadiləsi ilə yanaşı, Azərbaycanın böyük şairi Nizami Gəncəvi irsinin Sloveniyada öyrənilməsi məqsədilə dəvət olunmuşdur. Mayıl İsmayılov mühazirələrdə bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı […]