Browsing monthly archive

İyun 2019

Yaxın vaxtda Mingəçevirdə neyrocərrahiyə əməliyyatı da həyata keçiriləcək

İcbari Tibbi Sığortanın təbiq olunduğu pilot tibb  müəssisələrində -Mingəçevirdə tibb işçilərinin peşə bayramı qeyd edilib .Tədbiri aparan şəhər Mərkəzi Xəstəxanası Həmkarlar İttifaqı sədri Allahverdi Alıyev ilk öncə qonaqları salamlayıb, səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib.  Mingəçevir şəhər Mərkəzi Xəstəxananın (MŞMX) publik hüquqi şəxsin direktoru Könül Ələkbərov həmkarların  bayram münasibəti ilə təbrik edib, icbari tibbi […]

Mingəçevirdə sican və siçovullar, ağcaqanad və tarakanlar əhalini təngə gətirib

Yaz-yay ayları gələn kimi şəhərdə sican-siçovul, ağcaqanad və başqa həşəratların sayı çoxalır. İndi isə bunların sırasına tarakan adı ilə tanınan həşərat da əlavə olunub. Axşam düşən kimi tarakanlar binaların fasad hissəsində küçə boyu aktivləşirlər. Tarakanlardan əlavə siçovullar da pilləkən qəfəslərinə, hətta mənzillərə də girməyə cəhd edirlər. Vəli Hüseynov, M.Maqomayev, M.F.Axundov küçələri boyunca bütün növ həşərat […]

“NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşdü

Bu gün şəhərin M.Maqomayev küçəsi  istiqamətində hərəkətdə olan iki avomobil – “Mersedes” markalı 99 FS 709 və “NAZ Lifan” markalı 45 BF 759 nömrəli avtomobillər toqquşub. Nəticədə “NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşüb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xoşbəxlikdən sürücü və başqa şəxslər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

6 yaşlı uşaq hovuzda boğulub

Bədbəxt hadisə Mingəçevirdə, Energetik yaşayış massivində baş verib. Şəkidən Mingəçevirə qonaq gələn ailənin 2013-cü il təvəllüdlü qızı Duyğu Məmmədova adıçəkilən ünvanda, təsərrüfatların birində hovuza düşərək boğulub. Bəs onun nəzarətsiz halda suya girməsi necə mümkün olub? Təbii ki, buna görə böyüklər məsuliyyət daşıyırlar, onlar diqqətli olsaydılar, qızcığazın həyatını qurtarmaq mümkün idi. Hazırda Mingəçevir Polis şöbəsi əməkdaşları […]

Şəkidə gənc xanımlar biznes kursunu uğurla bitiriblər

Iyunun 12-dən 16-dək Şəki ASAN xidmətdə təşkil edilən gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimlərinə müvəffəqiyyətlə yekun vurulub. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı Counterpart İnternational təşkilatı tərəfindən icra olunur.   Təlim proqramı çərçivəsində Şəki və ətraf bölgədən olan 30 nəfər qadın iştirakçıya 5 gün ərzində sahibkarlıq, biznes […]

“Həyat”ın 25 yaşı oldu

Bu gün, 15 iyun Milli Qurtulş Günü ilə yanaşı həm də “Həyat” Humanitar Dəstək İctimai Birliyinin 25 illiyidir. 1994-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış “Həyat” təşkilatının məqsədi Azərbaycanda qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanlara köməyin göstərilməsindən, qaçqın, məcburi köçkün və yerli icmaların inkişafına yardımların edilməsindən, aztəminatlı […]

Bu il Mingəçevir məktəblərindən 765 nəfər məzun olub

İyunun 14-də şəhərin bütün məktəblərində, o cümlədən yeni təmir olunmuş şəhid Rüstəm Qəhrəmanovun adını daşıyan 14 nömrəli tam orta məktəbdə son zəng  mərasimi keçirilib. Məzunlar 11 ildə qazandıqları nəticələrə görə müəllimlərinə minnətdarlıqarını bildiriblər. Tədbirə toplaşanlar şagirdlərin ifasında rəngarəng konsert proqramını maraqla izləyiblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2018-2019-cu tədris ilinin başa çatması münasibəti […]

“Polietilen paketlərə yox deyək!”

Mingəçevirdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi aksiya əhalinin sıx hərəkətdə olduğu alış-veriş məkanlarında gerçəkləşdirilib. Aksiyada Mingəçevir  Dövlət Universitetinin tələbələrindən ibarət  gənc könüllü ekoloqlar da fəal şəkildə iştirak edib. “Polietilen paketlərə yox deyək!” aksiyası maarifləndirmə xarakteri daşıyıb. Aksiya zamanı könüllülər və  ekoloq mütəxəssislər alış-veriş edən […]

Mingəçevirdə Milli Qurtuluş günü

İyunun 14-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına həsr olunan elmi-nəzəri konfrans keçirib. YAP şəhər təşkilatının akt zalında baş tutan konfransı Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb. Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə yenidən qayıdışı ilə bağlı fikirlərini açıqlayan başçı qeyd edib ki, […]

“Əlvida, ilk müəllimim”

Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 saylı məktəbdə  IV a sinfinin şagirdləri “Əlvida, ilk müəllimim” adlı buraxılış gecəsi keçirib. Şagirdlərlə yanaşı valideyn və müəllimlərin də qatıldığı gecə Dövlət Himnimizin oxunması ilə başlayıb. Bundan sonra şagirdlər dörd il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mahnı və şeirlər oxunub, rəngarəng rəqslər, kiçik səhnəciklər ifa […]