Browsing daily archive

İyun 17, 2019

“NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşdü

Bu gün şəhərin M.Maqomayev küçəsi  istiqamətində hərəkətdə olan iki avomobil – “Mersedes” markalı 99 FS 709 və “NAZ Lifan” markalı 45 BF 759 nömrəli avtomobillər toqquşub. Nəticədə “NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşüb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xoşbəxlikdən sürücü və başqa şəxslər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

6 yaşlı uşaq hovuzda boğulub

Bədbəxt hadisə Mingəçevirdə, Energetik yaşayış massivində baş verib. Şəkidən Mingəçevirə qonaq gələn ailənin 2013-cü il təvəllüdlü qızı Duyğu Məmmədova adıçəkilən ünvanda, təsərrüfatların birində hovuza düşərək boğulub. Bəs onun nəzarətsiz halda suya girməsi necə mümkün olub? Təbii ki, buna görə böyüklər məsuliyyət daşıyırlar, onlar diqqətli olsaydılar, qızcığazın həyatını qurtarmaq mümkün idi. Hazırda Mingəçevir Polis şöbəsi əməkdaşları […]

Şəkidə gənc xanımlar biznes kursunu uğurla bitiriblər

Iyunun 12-dən 16-dək Şəki ASAN xidmətdə təşkil edilən gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimlərinə müvəffəqiyyətlə yekun vurulub. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı Counterpart İnternational təşkilatı tərəfindən icra olunur.   Təlim proqramı çərçivəsində Şəki və ətraf bölgədən olan 30 nəfər qadın iştirakçıya 5 gün ərzində sahibkarlıq, biznes […]