Browsing daily archive

İyun 15, 2019

“Həyat”ın 25 yaşı oldu

Bu gün, 15 iyun Milli Qurtulş Günü ilə yanaşı həm də “Həyat” Humanitar Dəstək İctimai Birliyinin 25 illiyidir. 1994-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış “Həyat” təşkilatının məqsədi Azərbaycanda qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanlara köməyin göstərilməsindən, qaçqın, məcburi köçkün və yerli icmaların inkişafına yardımların edilməsindən, aztəminatlı […]

Bu il Mingəçevir məktəblərindən 765 nəfər məzun olub

İyunun 14-də şəhərin bütün məktəblərində, o cümlədən yeni təmir olunmuş şəhid Rüstəm Qəhrəmanovun adını daşıyan 14 nömrəli tam orta məktəbdə son zəng  mərasimi keçirilib. Məzunlar 11 ildə qazandıqları nəticələrə görə müəllimlərinə minnətdarlıqarını bildiriblər. Tədbirə toplaşanlar şagirdlərin ifasında rəngarəng konsert proqramını maraqla izləyiblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2018-2019-cu tədris ilinin başa çatması münasibəti […]

“Polietilen paketlərə yox deyək!”

Mingəçevirdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi aksiya əhalinin sıx hərəkətdə olduğu alış-veriş məkanlarında gerçəkləşdirilib. Aksiyada Mingəçevir  Dövlət Universitetinin tələbələrindən ibarət  gənc könüllü ekoloqlar da fəal şəkildə iştirak edib. “Polietilen paketlərə yox deyək!” aksiyası maarifləndirmə xarakteri daşıyıb. Aksiya zamanı könüllülər və  ekoloq mütəxəssislər alış-veriş edən […]