Browsing monthly archive

İyun 2019

Xəstənin peşəkar həkimin əlinə düşməsi və tibbi sığortası vacibdir

Bu gün səhər saatlarından Mingəçevirdə “İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb. Mingəçevir Dövlət Dram Teatrının tamaşa salonunda baş tutan tədbirə 20 bölgədən 200-dən artıq həkim, həmçinin Moskva, Bakı və Gəncədən tibb elmləri üzrə alimlər qatılıb.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Şükür Eyvazov İTS-nın Azərbaycan modeli barədə […]

MDU-da Məzun Günü qeyd edildi

29-da iyunun 2019-cu il tarixdə Mingəçevir Dövlət Universitetində “Məzun günü” qeyd edildi. Məkanı açıq hava olası tədbirə şiddətli külək mane olsada, tez bir zamanda məkan İdman-Sağlamlıq Kompleksi ilə əvəz edildi. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru Akif Hacıyev açaraq tələbələri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Rektor çıxışında […]

MVA QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 5 məhəllədə mənzil mülkiyyətçiləri ilə görüşüb

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində iyunun 27-dən 29-dək şəhər əhalisi ilə məhəllələrdə görüşləri davam etdirib. Bu dəfə müzakirələr Təbriz 21 və 23, Dilarə Əliyeva 14, M.P.Vaqif 14 və […]

Azərbaycan İstilik Elektrik Stansiyasında yanğın baş verib

Bu gün səhər radələrində Mingəçevirdə,  Azərbaycan İES-də bir transformator yanıb. Hadisə zamanı əraziyə yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb. Stansiyada çalışanların bildirdiyinə görə, hadisə baş verən kimi onları ərazidən uzaqlaşdırıblar. “Güclü partlayış olmasa da xəbərdarlıq edildi ki, ərazini boşaldın. Hadisənin təsirindən bir neçə nəfər işçinin halı pisləşdi”-şahidlərdən biri müxbirimizlə söhbətində belə deyib. Təcili yardım […]

Bir Azərbaycan və bir Ermənistan vətəndaşı geri qaytarılıb

Bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı, bir Azərbaycan və bir Ermənistan vətəndaşı geri qaytarılmışdır. Bu günkü təhvilvermə beynəlxalq sərhəddə – Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutmuşdur. Azərbaycan vətəndaşı 16 mart 2019-cu il tarixində beynəlxalq sərhəddən Ermənistana, Ermənistan vətəndaşı isə 20 iyun 2017-ci il tarixində beynəlxalq […]

MDU əməkdaşı Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfransda iştirak edib

25 iyun 2019-cu il tarixd’ Tbilisidə “Şərq Tərəfdaşlığı” çərçivəsində təhsil və mədəniyyət sahələrində ümumi dəyərlərin təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanın Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti, həmçinin ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib. Konfransda Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə Avropa Komissarı Tibor Navracsics, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və […]

MDU əməksdaşı Sloveniyada daha bir seminarda iştirak edib

Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova universitetin əməkdaş olduğu Erasmus+ layihəsi çərçivəsində qarşılıqlı ikili saziş bağladığı Sloveniyanın Novo-Qoriça Universitetinə səfəri olub. İyunun 10-17-si tarixlərində Novo-Qoriça Universitetində keçirilən seminarın məqsədi tələbə-müəllim mübadiləsi çərçivəsində beynəlxalq əlaqələr sektorlarının rəhbərlərinin yeni layihələrin həyata keçirilməsi, müzakirəsi, doktorantura proqramının qəbul prosedurları, ingilis dilinin tədrisi üçün dərs vəsaitləri, tədris […]

ASK mingəçevirli sahibkarlarla dəyirmi masa ətrafında görüşüb

İyunun 27-də Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində “Regionların inkişafında biznes-maliyyə sektorunun dialoqu” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirə Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədovanın rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Banklar Assosiasiyası və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri, Mingəçevir şəhər sahibkarları və regionda təmsil olunan bankların rəsmiləri qatılıb. . Kristina Məmmədova Mingəçevirdə fəaliyyət […]

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Cənubi Koreyada səfərdədir

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu  Cənubi Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə işgüzar səfərdədirlər. Səfər çərçivəsində görüşlər       23-27 iyun tarixlərində keçirilib. Azərbaycan nümayəndə heyətini Cənubi Koreya Milli Assambleyasının […]

“2018-Cİ İLDƏ MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ TƏHSİL, MƏDƏNİYYƏT, SƏHİYYƏ, SOSİAL TƏMİNAT VƏ İDMAN”IN ƏSAS GÖSTƏRİCİLƏRİ

TƏHSİL Ümumi təhsil. Mingəçevir şəhərində 2018/2019-cu dərs ilinin əvvəlinə fəaliyyət göstərən 22 dövlət gündüz ümumtəhsil məktəblərində 16051 nəfər şagird təhsil alır ki, bu da ötən dərs ili ilə müqayisədə şagirdlərin sayının 399 nəfər və ya 2,5 faiz artması deməkdir. Gündüz ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayından 7654 nəfərini və ya 47,7 faizini qızlar təşkil […]